Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


01.02.2025  19:34 

Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var





A+  A-

Bu gün səhər saatlarında Rusiyanın Poltavada çoxmərtəbəli yaşayış binasına endirdiyi zərbədən sonra xilasedicilər artıq 7 ölü cəsədi tapıblar.

XəzərNews.az xəbər verir ki, bu barədə Telegram-da Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

"Poltavada ölənlərin sayı 7 nəfərə çatıb. Fövqəladə Hallar Dövlət Xidməti Rusiyanın zərbələri nəticəsində dağılmış çoxmərtəbəli yaşayış binasından 22 nəfəri xilas edib. 14 nəfər yaralanıb. Yaralılar arasında üç uşaq da var", - o, yazıb.

Nazir qeyd edib ki, Fövqəladə Hallar Xidmətinin kinoloqları qəza yerində xilasetmə işlərinə cəlb olunublar.

"Xilasedicilər, polis əməkdaşları, bütün əlaqədar insanlar dağıntıların təmizlənməsinə kömək edir və qurbanlara dəstək verirlər. Mülki insanlara qarşı növbəti hücum Rusiyanın növbəti hərbi cinayətidir. Müstəntiqlər artıq sübutları sənədləşdirirlər", - Klimenko əlavə edib.

Lalə
XəzərNews.az


Xəbər 3884 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +