“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


10.02.2023  11:03 

Yardımlıda 39 kiloqram narkotik aşkarlanıb





A+  A-

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitələr, psixotrop maddə və güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

XəzərNews.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, şübhəli şəxs qismində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Namik Ağayev saxlanılıb.

Həmin şəxsin dərədə, kolluq ərazidə gizlətdiyi torbalardan ümumilikdə 35 kiloqram 400 qram marixuana, 3 kiloqramdan artıq heroin, 476 qram metamfetamin 30 ədəd güclü təsiredən xassəyə malik müxtəlif növ həblər aşkarlanaraq götürülüb.

Araşdırma zamanı N.Ağayevin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və qaçaqmalçılıq yolu ilə əldə etdiyi narkotik vasitələri həmin şəxsin göstərişi əsasında deyiləcək yerlərdə gizlətməli olduğu müəyyən edilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Xəbər 529 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +