“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


01.02.2025  17:36 

Bayraq cırıldı, aidiyyəti qurumlar isə... — VİDEO/FOTO





A+  A-

Bakının simvollarından biri olan Bayraq Meydanında Azərbaycanın üçrəngli dövlət bayrağı küləyin gücünə tab gətirməyərək cırılıb. Sözügedən vəziyyət sosial şəbəkələrdə viral olub.

Maraqlıdır ki, hadisənin saatlardır baş verməsinə baxmayaraq, məsul qurumlar hələ də heç bir tədbir görməyib. Bayrağın cırıq halda dalğalanması isə həm vizual olaraq xoşagəlməz mənzərə yaradır, həm də dövlət rəmzlərinə olan münasibət baxımından ciddi suallar doğurur.



Sosial şəbəkə istifadəçiləri isə məsuliyyətli orqanların – Bulvar İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumların biganəliyini tənqid edərək, bayrağın dərhal dəyişdirilməsini tələb edirlər.

Qeyd edək ki, Bayraq Meydanı Azərbaycanın müstəqillik simvollarından biri hesab olunur və burada dalğalanan bayraq dünyanın ən böyük bayraqlarından biridir. Belə bir vacib rəmzin bu vəziyyətdə saxlanılması məsuliyyətli qurumlar üçün utancverici hal kimi qiymətləndirilir.

Aidiyyəti orqanlardan məsələyə hələ ki reaksiya verilməyib. (Yenicag.az)

Xəbər 178 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +