“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


18.07.2018  11:45 

Ermənistan atəşkəsi 98 dəfə pozdu





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə son sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub.
Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım və Aşağı Əskipara kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Nəmirli, Cəvahirli, Şirvanlı, Sarıcalı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər 1368 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +