“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


26.01.2025  10:26 

“Biz İlham Əliyevlə İsveçrədə danışdıq...” - Zelenski





A+  A-

“Biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin qaz hasilatı, ixracı üçün böyük imkanları var”.

XəzərNews.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski moldovalı həmkarı Maya Sandu ilə birgə mətbuat konfransında deyib.

Ukrayna lideri qeyd edib ki, Azərbaycandan qaz tranziti məsələsi sürətlə əldə oluna bilər:

“Bunu tez edə bilərik. Müqavilə bağlaya bilərik. Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir. Hansı ki, bu, Ukrayna, Moldova, Slovakiya və digər ölkələrə də bəs edər”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Xəbər 1112 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +