“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


20.02.2024  16:32 

Məşhur yükdaşıma şirkəti ilə gömrük komitəsi arasında qalmaqal





A+  A-

Azərbaycanın məşhur yükdaşıma şirkəti olan "M-Trans" MMC Dövlət Gömrük Komitəsini (DGK) məhkəməyə verib.

Xəzərnews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Leyla Əliyeva iş üzər hakim təyin edilib.

Tərəflər arasındakı məhkəmə çəkişməsinin səbəbi maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələrdən ibarətdir.

Əldə etdiyimiz məlumata görə, DGK şirkətə cərimə yazıb. "M-Trans" MMC qurumun qərarı ilə razılaşmadığına görə məhkəməyə müraciət edib.

"M-Trans" MMC 2011-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 2000 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Allahverdiyev Ayaz Almaz oğludur.

"M-Trans" MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şirkəti kimi tanınıb. Mediada bununla bağlı kifayət qədər yazılıb.

2017-ci ildə Nəqliyyat Nazirliyinin ləğv edilməsi ilə Ziya Məmmədovun nazir karyerasına son qoyulub. Bundan sonra keçmiş nazirin biznes imperiyası da çökməyə başlayıb. Onun nəzarətində "Qarant Holdinq" kimi iri biznes subyektləri sıradan çıxıb.

İddialara görə, keçmiş nazir "M-Trans" MMC-ni də itirməli olub. Şirkət hazırda "M-Forward" Şirkətlər Qrupuna daxildir. Bu barədə şirkətin saytında qeyd edilib.

Xəbər 4587 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +