Yağış TIXAC yaratdı: Bakının yolları...
Lokomotiv yoldadır: növbəti stansiya - Premyer Liqa!
Ceyhun Bayramov Gideon Saar ilə görüşdü
Zaxarova haqlıdır, amma...
Bu universitetin rektoru İSTEFA VERDİ
Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı
Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı - VİDEO
Sürücülərin nəzərinə!
Azərbaycanlı barəsində ölüm hökmü ÇIXARILDI
Vəzifəli şəxs vəfat etdi


03.06.2022  16:11 

Maç-maç, quc-quc- Niyə bunu çoxdan eləmirdiniz?





A+  A-

Ayə, qoymoon, polis qazini qucaqlayıb və bütün problemlər həllini tapıb. Qardaş, niyə bunu çoxdan eləmirdiniz? Hər polis gedib, bir qazi bağrına bassın, məsələ bitsin dəə...

Nə ad verin, nə sənəd, nə medal, nə də pensiya, eləcə qucaqlayın bütün problemlər həll olunsun. Nə çətin şeydir, qazilərin siyahısını tutur, hərəsinin daxmasına bir polis göndərirsən, qucaqlaşıb şəkil çəkdirir, sonra sosial şəbəkədə paylaşırlar, vəssalam. Gör onda dövlətimiz nə qədər vəsaitə qənaət eləyər. Üstəlik də sabitlik birdəfəlik bərqərar olar. Qazilərin pensiyasını da verərsiniz sevgili polislərimizə...

Bu təcrübəni təkcə qazilərə yox, başqalarına da tətbiq etmək lazımdır.

Məsələn, uşaqpulu tələb edən qadınlara. Dünən Əli Kərimli haradansa 5-6-sını tapıb, Milli Məclisin qabağına göndərmişdi. 5-6 polis də çıxıb onları qucaqlasaydı, dünya dağılardı? Əksinə, uşaqpulu verməyə ehtiyac qalmazdı.

Bu Bəxtiyar Hacıyevi iki gündən bir tutub döyür, üstünü isladırlar. Dünən də kəmər taxmadığına görə cərimələyiblər. Ayə, tutun onu da bircə dəfə qucaqlayın, adamın hirsi-hikkəsi soyusun daa. Amma kamera qarşısında edin, yoxsa lazımsız söz-söhbət olar...

Hələ Tofiq Yaqublunu demirəm, adamın gözünün altını qapqara eləmişdilər. O da çıxıb bütün hökuməti rüsvayi-cahan elədi. Nəyə lazım idi? Elə bircə dəfə bağrınıza basıb, o qaraltdığınız gözlərindən öpsəydiniz, muma dönəcəkdi...

Deyir, Tural Sadıqlını da öldürməyə 4 killer göndərilib. Nəyə lazımdır bu boyda risk, hələ rasxod? Bircə polis göndərin, turalı maç-maç, quc-quc eləsin, oyun bitsin.

Arada gedin Əli Kərimlini də qucaqlayın. Yoxsa zalım oğlu ağzından od tökür. Korrupsiya, ofşor deməkdən yorulub-usanmır. Yəqin o vaxt qucaqlamaq istəmisiniz, müqavimət göstərib deyə, başı avtobusun qapısına dəyərək yarılmışdı. İnsanlara yaxşılıq yoxdur ki, qumru kimi ürkəkdirlər. Sığallamaq istəyirsən, qorxub qaçırlar, elə bilirlər, xətər yetirəcəksən...

Tarkan oxumuşkən, savaşmayalım, qucaqlaşalım...

Nadir Qocabəyli

Xəbər 1780 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...

14.02.2025  11:57 

Sürücülərin nəzərinə!

14.02.2025  10:46 

Zaqatalada şəlalə DONDU - VİDEO

14.02.2025  10:43 

Vəzifəli şəxs vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +