Yağış TIXAC yaratdı: Bakının yolları...
Lokomotiv yoldadır: növbəti stansiya - Premyer Liqa!
Ceyhun Bayramov Gideon Saar ilə görüşdü
Zaxarova haqlıdır, amma...
Bu universitetin rektoru İSTEFA VERDİ
Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı
Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı - VİDEO
Sürücülərin nəzərinə!
Azərbaycanlı barəsində ölüm hökmü ÇIXARILDI
Vəzifəli şəxs vəfat etdi


02.06.2022  14:18 

Seçkilərə 1 il qalıb: Qiymət artımı, inflyasiya sürətlənib, iqtisadi və sosial problemlər...





A+  A-

Qardaş Türkiyədə qiymət artımları, inflyasiya sürətlənib, iqtisadi və sosial problemlər artır. Son günlərdə məişətdə işlədilən təbii qazın qiyməti 30% artırıldı – indi bir m3 qazın dəyəri 32 lirə 64 kuruş, yəni 3 manat 38 qəpik oldu.

Bundan başqa elektrik enerjisi almaq üçün istifadə edilən qazın qiyməti artdı, bu isə növbəti günlərdə elektrik qiymətlərini artıracaq, sənayədə istifadə edilən qazın qiyməti də 40% artıb – deməli, sənaye məhsullarının qiyməti də kəskin artacaq.

Bu gün Türkiyədə benzin 26 lirə 23 kuruş, dizel isə 25 lirə 94 kuruş oldu – son bir ildə benzinin qiyməti 239%, dizelin qiyməti isə 258% artıb, ölkədə rəsmi inflyasiya 70%-ə yaxınlaşıb ki, bu da dünyada ən yüksək rəqəmlərdən biridir.

Türkiyədə seçkilərə (erkən seçkilər olmasa) cəmi 1 il qalıb, bu müddət ərzində iqtisadi və sosial vəziyyətin düzəlməsi çox çətin görünür, Türkiyə seçicisi nə qədər ideoloji olsa da, sonda soyuducusuna, dolanışığına baxıb səs verir. Bunu nəzərə alsaq növbəti seçkilərdə AKP-nin iqtidarı itirməsi çox yüksək ehtimaldır, ona görə də Azərbaycan dövlət olaraq bir qoldan, müxalif institutlar olaraq isə digər qoldan potensial iqtidar təmsilçiləri ilə indidən təmaslar qurmalı, müzakirələr aparmalıdır. Bu gün iki ölkə arasında olan çox yaxşı, çox yaxın münasibətlər şəsxlər üzərində inşa edilməkdən çıxıb da institutlaşmalıdır.

Mənim keçən ilin sonunda Ankarada Türkiyə müxalif partiyalarının bir neçəsi ilə təmaslarım oldu, Azərbaycanı sevirlər, amma açığı tanımırlar, bölgə siyasətilə bağlı aydın təsəvvürləri yoxdur. Bir qismi “anti-imperialist” kimi danışır, amma ancaq Qərbi “imperialist” kimi görür, Rusiyaya simpatiya ilə baxanlar da var, az deyil və nə qəribədir ki, Rusiyanı “imperialist” kimi görmürlər, ya da, görmək istəmirlər.

Xülasə, Azərbaycanın varolma strategiyasının əsas istiqaməti Türkiyə ilə əlaqələrin maksimal dərəcədə yüksəldilməsindən keçir, bunu nəzərə alaraq Türkiyədə gələcək seçimlərin müxtəlif nəticələrini nəzərə alan strateji addımlara ehtiyac yaranıb. Məhz bu gündən seçkilərin istənilən nəticələrinə cavab verən əməkdaşlıq konsepsiyasının tezisləri hazır olmalıdır...

Natiq Cəfərli

Xəbər 1592 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...

14.02.2025  11:57 

Sürücülərin nəzərinə!

14.02.2025  10:46 

Zaqatalada şəlalə DONDU - VİDEO

14.02.2025  10:43 

Vəzifəli şəxs vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +