Leysan Məmmədov icraçı direktor təyin olundu
Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI
“Roşka“ yenidən həbs EDİLDİ
Ağcabədidəki partlayışla bağlı cinayət işi açıldı
Yeni yol və körpülər harda salınır?
“Stimul Hospital“ın adı ölüm işində hallanır - ŞİKAYƏT
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”
Elisaşvili Əli Babayevə qarşı iddia qaldırıb
İş vaxtı, istirahət günləri və maaş necə dəyişəcək?
Ağcabədidə evdə qumbara partladı: 5 nəfər ÖLDÜ


14.03.2022  20:09 

Suraxanıda sağlam həyat tərzi ilə bağlı ilk təlim keçirildi - FOTO





A+  A-

Martın 12-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Davamlı Turizmin İnkisafına Dəstək” İctimai Birliyi tərəfindən "Hər kim 100 il yaşamasa günah onun özündədir. Sağlam yaşa 100 yaşa" layihəsi çərçivəsində sağlam həyat tərzi ilə bağlı layihənin ilk təlimi Suraxanı rayonu, Zığ Qəsəbə Mədəniyyət evində keçirilib.

XəzərNews.az xəbər verir ki, ilk əvvəl layihənin rəhbəri Nərminə Qəribova təlim iştirakçılarını salamlayaraq layihənin məqsədi və donoru haqda məlumat verdi.
Sonra təlimdə iştirak edən psixoloq Günay Qasımova təlim iştirakçılarına depressiya hallarına erkən müdaxilə ilə qarşısının alınması, stresin idarə olunması, zərərli vərdişlərin mənfi təsirləri və layihədə nəzərdə tutulan digər psixoloji vacib məqamlar haqqında ətraflı məlumat verdi. Psixoloqun çıxışı gənclər tərəfindən xüsusi maraqla qarşılandı.

Təlimdə iştirak edən həkim Mətanət Qaraxanova isə sağlam həyat tərzinin qaydaları, düzgün qidalanma, düzgün yuxu rejimi, sağlam həyat üçün ən vacib amillərlə bağlı geniş məlumat verdi.

Təlim gənclər tərəfindən çox böyük maraqla qarşılandı. Tədbirdə çay, kofe və nahar yeməyi verilməsi daha isti və səmimi mühit yaratdı.

Layihə iştirakçılarının istəyini nəzərə alaraq həkim tərəfindən vaksinasiya və süd vəzi xərçənginin profilaktikası ilə bağlı ətraflı məlumat verildi.

Təlimin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olundu.

Günün sonunda iştirakçıların və Healtway qrupunun dəstəyi ilə özündə sağlam həyat tərzi haqqında məlumatları əks etdirən 375 ədəd buklət paylanıldı.







Xəbər 1922 dəfə oxunub.




31.01.2025  17:38 

“Roşka“ yenidən həbs EDİLDİ

31.01.2025  17:08 

Yeni səfir Bakıya gəldi

31.01.2025  15:58 

İlham Əliyev sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +