Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


31.01.2025  14:27 

Elisaşvili Əli Babayevə qarşı iddia qaldırıb





A+  A-

“Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili dekabrın 3-də baş vermiş insidentlə bağlı Əli Babayevə qarşı polisə iddia qaldırıb.

XəzərNews.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Elisaşvili iddia edib ki, qarşıdurma zamanı Əli Babayev ona bıçaq çıxarıb və ölümlə təhdid edib.

Siyasətçinin sözlərinə görə, istintaq orqanına təqdim olunan kadrlarda proses açıq şəkildə görünür:

“Gürcü arzusu”nun təcrübəli təxribatçısı Əli Babayev bütün əməliyyatı planlaşdırıb. Mən ona reaksiya verdim. 2 gündən sonra xüsusi təyinatlılar məni döyərək həbs etdilər. 12 gün həbsdə saxladılar. Sonra mənə 2 ay həbs qətimkan tədbiri seçərək zaminə buraxılsam da, barəmdə siyasi motivlərlə təqiblərə xitam verilmədi. Guya siyasi xadim Əli Babayevə qarşı cinayətim var. Kadrlardan görünür ki, davadan sonra Əli Babayev bıçağı götürərək mənə tərəf gəlir", - deyə Elisaşvili bildirib.

Qeyd edək ki, A.Elisaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinin “A” bəndi (şəxsin siyasi fəaliyyətlə əlaqədar təqib edilməsi, zorakılıq törədilməsi) ilə ittiham irəli sürülüb. Elisaşvili 4000 lari girov müqabilində azadlığa buraxılıb.


Xəbər 3630 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +