Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


31.01.2025  14:03 

Faytonçu Nazim insult keçirdi- YENİLƏNİB





A+  A-

Müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.

TƏBİB müğənni Nazim Pişiyarinin (Faytonçu) son durumunu açıqlayıb.

Qurumdan Xəzərnews.az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 30-da saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Müğənni Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib. Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub", - məlumatda qeyd edilib.

***
12:27

XəzərNews.az xəbər verir ki, sənətçi işemik insult keçirib.

Küçədə yıxılan Nazim qapalı kəllə-beyin travması da alıb.

O, hazırda özəl xəstəxanaların birində müalicə alır./Axşam.az

Xəbər 5471 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +