Leysan Məmmədov icraçı direktor təyin olundu
Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI
“Roşka“ yenidən həbs EDİLDİ
Ağcabədidəki partlayışla bağlı cinayət işi açıldı
Yeni yol və körpülər harda salınır?
“Stimul Hospital“ın adı ölüm işində hallanır - ŞİKAYƏT
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”
Elisaşvili Əli Babayevə qarşı iddia qaldırıb
İş vaxtı, istirahət günləri və maaş necə dəyişəcək?
Ağcabədidə evdə qumbara partladı: 5 nəfər ÖLDÜ


15.11.2021  21:44 

“Budamaq lazım olanda yoxa çıxırlar, cəriməyə tez gəlirlər” - Ekspert





A+  A-

“Bakıda aşma təhlükəsi olan ağacları vaxtında müayinə edib ya budamaq lazımdır, ya da kəsmək. Amma bizim icra orqanları, xüsusən də rayon icra hakimiyyətləri, JEK-lər, Yaşıllaşdırma İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi işi düzgün qurmur. Nəticədə küləkli havada ağaclar aşıb maşınları əzir və insanlara ziyan vurur”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə nəqliyyat üzrə ekspert Elməddin Muradlı çıxış edib.

E.Muradlı vurğulayıb ki, yalnız bundan sonra bizim qurumlar işə başlayır:

“Elə buna görə də zərərçəkən vətəndaşlar məhkəməyə müraciət edib həmin qurumlardan dəymiş zərəri tələb etsələr onlar da özlərini yığışdırıb işi vaxtında görərlər.

Hər il DYP və BNA yüzlərlə nöqtədə yol nişanlarının və svetoforların ağacların budaqları arxasında gizləndiyini əsas gətirərərk Yaşıllaşdırma İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edir. Amma nazirlik yaşıllaşdırmaya yönləndirir, yaşılaşdırma da nazirliyə. Axırda da payız gəlir, yarpaqlar tökülür, nişanlar üzə çıxır.
Yüzlərlə insan da bu ağaclara görə nişanları görmədiyi üçün ya qəzaya düşür, ya da cərimə olunur. Ancaq heç kim nazirliyin qorxusundan ağaca əl vurmur ki, tutub 2 min manat cərimə yazacaqlar.



Maraqlıdır, budamaq lazım olanda yoxa çıxırlar, cəriməyə tez gəlirlər.

Belə olmaz cənablar. İşinizi doğru-düzgün görün. Görə bilmirsinizsə imkan verin biz sizə kömək edək, yol göstərək. Yetər ki, insanlara zərər dəyməsin”.

Lalə Zahidqızı
XəzərNews.az





Xəbər 1892 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.01.2025  17:38 

“Roşka“ yenidən həbs EDİLDİ

31.01.2025  17:08 

Yeni səfir Bakıya gəldi

31.01.2025  15:58 

İlham Əliyev sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +