Leysan Məmmədov icraçı direktor təyin olundu
Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI
“Roşka“ yenidən həbs EDİLDİ
Ağcabədidəki partlayışla bağlı cinayət işi açıldı
Yeni yol və körpülər harda salınır?
“Stimul Hospital“ın adı ölüm işində hallanır - ŞİKAYƏT
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”
Elisaşvili Əli Babayevə qarşı iddia qaldırıb
İş vaxtı, istirahət günləri və maaş necə dəyişəcək?
Ağcabədidə evdə qumbara partladı: 5 nəfər ÖLDÜ


25.01.2020  10:37 

Putinin köməkçisi istefa verdi





A+  A-

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov dövlət qulluğundan istefa verib.
XəzərNews.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Siyasi Konyunktura Mərkəzinin direktoru Aleksey Çesnakov məlumat verib.

Çesnakov qeyd edib ki, bu qərar Ukrayna istiqamətində gedişatın dəyişməsi ilə əlaqədar verilib. Surkov bu addımın səbəbləri və gələcək planları barədə bir ay ərzində məlumat verəcəyinə söz verib.

“Növbəti ay ərzində meditasiya ilə məşğul olacaq”, - deyə Çesnakov öz Telegram kanalında bildirib.

Qeyd edək ki, Vladislav Surkov 2013-cü ildən bəri Rusiya prezidentinin köməkçisidir. Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq, habelə Ukraynanın şərqindəki münaqişənin nizamlanması məsələlərinə nəzarət edib. Bundan əlavə, 2011-ci ildən Rusiya hökuməti sədrinin müavini, 2012-ci ildən isə Rusiya hökuməti aparatının rəhbəri vəzifələrində çalışıb. 2004-2008-ci illərdə də prezidentin köməkçisi olub.

Xəbər 1705 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.01.2025  17:38 

“Roşka“ yenidən həbs EDİLDİ

31.01.2025  17:08 

Yeni səfir Bakıya gəldi

31.01.2025  15:58 

İlham Əliyev sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +