Leysan Məmmədov icraçı direktor təyin olundu
Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI
“Roşka“ yenidən həbs EDİLDİ
Ağcabədidəki partlayışla bağlı cinayət işi açıldı
Yeni yol və körpülər harda salınır?
“Stimul Hospital“ın adı ölüm işində hallanır - ŞİKAYƏT
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”
Elisaşvili Əli Babayevə qarşı iddia qaldırıb
İş vaxtı, istirahət günləri və maaş necə dəyişəcək?
Ağcabədidə evdə qumbara partladı: 5 nəfər ÖLDÜ


25.09.2024  11:59 

Şuşanı görmək qismət kimidir…





A+  A-

“Şuşaya gəlmək, azad edilmiş Şuşanı görmək nəhayət, mənə də qismət oldu. Dəfələrlə tədbirlər çərçivəsində təklif alsam da səfərimin məhz bu günə təsadüf etməsi mənə görə bir qismətdir. Şuşaya gəlmək qismət kimidir. Can atırsan, arzulayırsan alınmır və birdən yol açılır...”

“Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova Xəzərnews.az-a Şuşaya səfəri ilə bağlı qısa təəssüratını bölüşüb:

“Şuşa şəhəri 2024-cü il uçün İslam dünyasının Mədəniyyət Paytaxtı elan olunub. Bununla bağlı şəhərdə müxtəlif tədbirlər keçirilir. Şuşanın qədim və tarixi küçələrini gəzdikcə, Cıdır düzünə qalxdıqca, İsa bulağına endikcə, Şuşa qalasının məğrur divarlarına tamaşa etdikcə, müqəddəs məsçidlərində dualar etdikcə, Xan qızı Natəvanın dağılmış mülkünə, tarixi tikililərə baxdıqca, güllələnmiş heykəllərə - Üzeyir bəyin, Xanqızının, Bülbülün artıq yurdunda qərarlaşan büstlərinə tamaşa etdikcə 30 illik bir tarix gözlərim qarşısında vərəqlənir. Həm kövrəlirəm, həm qürurlanıram...”

Tanınmış jurnalist qeyd edib ki, ölkəmizin hər qarışı, hər bir guşəsi doğma və gözəldir, amma insan özünü Şuşada daha rahat və fərəhli hiss edir:

“Küçələrində artıq şəhərə köç edən sakinləri görüncə yeni bir dövrün başlanğıcının şahidi kimi sevinirsən. Hər tərəfdə quruculuq işləri gedir. İndi azad edilmiş Şuşa arzuların çağladığı məkana bənzəyir. Uğrunda canını fəda edən şəhidlərinin ruhuna dua edə-edə əvvəlki həyatına qayıdır. Bu torpaqda doğulan dahi insanların da, şəhiqlərimizin də ruhu dinclik tapır”.

T.Məhərrəmova Şuşaya səfərinin ona sözlə ifadə olunmayacaq hisslər yaşatdığını söylədi:

“Bu arzumun gerçəkləşməsində rol oynayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə minnətdaram! Komitənin Şuşada media nümayəndələri üçün təşkil etdiyi ikigünlük seminar çərçivəsində Xankəndi şəhərinə səfər, Qarabağ Universitetinin rəhbər və tələbələri ilə görüş, Ağdamın tarixi abidələrini ziyarət də iştirakçılara unudulmayacaq təəssüratlar bəxş elədi…”

İsmayıl Rəhimoğlu
XəzərNews.az


Xəbər 4229 dəfə oxunub.




31.01.2025  17:38 

“Roşka“ yenidən həbs EDİLDİ

31.01.2025  17:08 

Yeni səfir Bakıya gəldi

31.01.2025  15:58 

İlham Əliyev sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +