Yağış TIXAC yaratdı: Bakının yolları...
Lokomotiv yoldadır: növbəti stansiya - Premyer Liqa!
Ceyhun Bayramov Gideon Saar ilə görüşdü
Zaxarova haqlıdır, amma...
Bu universitetin rektoru İSTEFA VERDİ
Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı
Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı - VİDEO
Sürücülərin nəzərinə!
Azərbaycanlı barəsində ölüm hökmü ÇIXARILDI
Vəzifəli şəxs vəfat etdi


25.12.2018  15:03 

“Üstümə hücum çəkib söyüş söydü” - Aparıcı davadan danışdı





A+  A-

Tanınmış aparıcı Humay Muxtarova restoranda hücuma məruz qalması barədə yayılan xəbərlərə münasibət bildirib.
XəzərNews.az bildirir ki, DTV-nin siması “Qafqazinfo”ya açıqlamasında bazar günü baş verən hadisənin təfərrüatını danışıb:

“Mətbuat yazıb ki, həmin şəxs mənim tanışımdır. Belə bir şey yoxdur. Hadisənin təfərrüatını sizə danışım. Həftəsonu rəfiqələrimlə xəngəl yeməyə getmişdik. Rəfiqələrimin birinin sevgilisi ilə problemi var idi, ayrılmışdı. Həmin vaxt telefonla mübahisə edirdi, bir anda qapı açıldı, oğlan içəri girdi. Girən kimi mənim üstümə hücum çəkdi, söyüş söyməyə başladı. Digər rəfiqələrim onun qarşısını kəsməyə başladılar.

Dedim ki, sənin mənimlə nə işin? O da cavab verdi ki, yeməyə sən onu dəvət etmisən. Stoldan çəngəli götürərək mənə atdı. Daha sonra masada olan boş şüşəni götürüb hücum çəkmək istəyirdi, rəfiqələrim icazə vermədi. Şükür ki, üzümə, gözümə xəsarət yetirilməyib. Qadınam, kişiylə dava edəsi deyildim. Nəsimi Rayon Polis Şöbəsinə müraciət etdim, həmin şəxs axtarışa verilib.

İnsanın sevgilisi ilə problemi varsa, bunun mənə nə aidiyyatı var? Sən kimsən ki, məni ictimaiyyət arasında təhqir edirsən? Hər yerə ərizə ilə müraciət etmişəm. Bir daha deyirəm, həmin şəxs mənim tanışım deyil. Oğlanın adı da Vaqifdir”.

Xəbər 1386 dəfə oxunub.




14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...

14.02.2025  11:57 

Sürücülərin nəzərinə!

14.02.2025  10:46 

Zaqatalada şəlalə DONDU - VİDEO

14.02.2025  10:43 

Vəzifəli şəxs vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +