SİMA AZAL-ın portalına “paz”dır - ŞİKAYƏT
Mal ətinin maya dəyəri daha ucuza başa gəlir - Dövlət Komitəsi
Kadi “Qarabağ”a QAYIDIR?
Rövşən Mehdiyev həbsdə qaldı
Səməd Vurğunun qohumundan Əlisa Nicata CAVAB: Şizofirenik!
Aqil Abbas üzr istədi: “Haqlısınız, deməməli idim“
DYP sürücülərə müraciət etdi
Gürcüstanda qətlə yetirilən azərbaycanlı ilə bağlı AÇIQLAMA
Sabahın HAVAsı: Yağış yağacaq
Avropanın müdafiəsini gücləndirməliyik - Keir Starmer


04.02.2025  13:05 

Fərəcullayev kimdir, ona münasibət necə olmalıdır?





A+  A-

İcraiyyə Komitəsinin dünənki iclasında AFFA-nın yeni baş katibinin adı açıqlandı. Buna qədər bu postu tutan Sərxan Hacıyev uzun müddət bu cür davam edə bilməzdi, çünki o həm də qurumun icraçı vitse-prezidentidi, iki vəzifədə olması nizamnaməyə ziddir. Odu ki, İK qərar qəbul edərək yeni şəxsi məsul posta təyin etdi. Bəs bu şəxs kimdir, ona münasibət necə olmalıdır?

Əvvəlcə yeni baş katibin tərcümeyi-halına baxaq.

Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.

O, 2004-2019-cu illərdə Engin, Deniz Service, Gametv.az Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.

2019-2020 illərdə “Caspiantech” şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.

Gördüyümüz kimi, yeni baş katib müxtəlif vəzifələrdə çalışıb, idarəetmə təcrübəsi var. Burası yaxşıdı, ən azı ofis, sənəd, reqlament, icra və s. bu kimi işlərdə problem olmayacaq. Belə baxanda, bu günə qədər də yox idi.

Təbii ki, narahatlıq doğuran əsas məqam Fərəcullayevin futbol adamı olmaması, bu sahədə fəaliyyətinin yoxluğudu. Doğru narahatlıqdı. Futbol bank, yaxud hansısa ofis qaydaları ilə idarə olunan məhfum deyil, burda bəzən biznes qanunlarına əks olan, həmin standartlara uyğun gəlməyən addımlar atılmalıdı. Məhz futbol adamı bunu hiss edə, müvafiq qərarlar qəbul edə bilər. Odu ki, futbol adamı olsaydı, lap əla olardı. Ancaq deyil, ona görə də nə desək, arxadan atılan daş kimi olacaq.

Mənim demək istədiyim məsələ, məqam başqadı. Əvvəlcə, biz futbol ictimaiyyəti olaraq baş katibdən nə istədiyimizə aydınlıq gətirməliyik. Nə etməlidi baş katib, hara qədər gücə malik olmalıdı?

Mənə görə əsas sual budu.

Elxan Məmmədov elə bir iz qoyub gedib ki, yerinə gələn(lər) heç cür toparlaya bilmir(lər). Onun dövründə baş katib normadan artıq səlahiyyətlərə malik olub, saysız-hesabsız qərarlar qəbul edib, elətdirib, ölkə futbolunun taleyi ilə oynayıb. Məmmədov de-yure, yəni sənəd üzərində baş katib olsa da, de-fakto, yəni reallıqda federasiya prezidenti olub, o səviyyədə işlər görüb. Limit də, milliləşdirmələr də, klub sayı da, klublarla bağlı qərarlar da, bir sözlə hər şey onun “papağının altından çıxıb”. Bütün qərarlarda onun fiziki, ya qeyri-fiziki imzası olub, özünə icraçı vitse-prezident postu fikirləşib, səlahiyyətini birə-beş artıraraq rəsmiləşdirib, sədrəzəmlik edib. Əlahəzrət olub.

Biz də buna öyrəşmişik, Sərxan Hacıyevdən də bunu gözləyirdik, indi də Fərəcullayevə eyni gözlə baxırıq. Əsas sual da odu ki, yeni baş katib eyni səlahiyyətə malikdimi, yaxud buna ehtiyac varmı?

Təxminən 3 il əvvəl dövlət səviyyəsində idman federasiyaların baş katiblərinin səlahiyyətlərinin azaldılması, yaxud çərçivələndirilməsi haqda tapşırıq gəlmişdi. Bununla bağlı hər hansı sərəncam və ya fərman, yaxud rəsmi hansısa sənəd olduğunu bilmirəm, görməmişəm, amma tapşırıq dəqiq vardı. Belə ki, qurum baş katiblərinin federasiyaların idarə heyətlərində (İcraiyyə Komitəsi və s.) yer ala bilməyəcək, üst idarəetmə orqanında təmsil oluna bilməyəcəkdilər. Baş katib baş katibdi, onun ayrı funksiyaları var. AFFA-nın nizamnaməsinin 54 və 55-ci maddələrində bu barədə ətraflı yazılıb və biz düşündüyümüz qədər də böyük, dəhşətli bir iş və ya vəzifə deyil, olmamalıdı. Özünüz baxın:

F. Baş katiblik

Maddə 54 – Funksiyalar

1. Baş katiblik AFFA-nın daimi inzibati orqanıdır.
2. Onun konkret funksiyaları aşağıdakılardan ibarətdir:
a) Orqan və komitələrin qərarlarının həyata keçirilməsi;
b) Konfrans, habelə digər orqan və komitələrin iclasları üçün hazırlıqların görülməsi;
c) Konfransın və İcraiyyə Komitəsinin iclaslarının protokollarının hazırlanması və imzalanması;

ç) AFFA-nın yazışmalarını idarə etmək;
d) AFFA-nın mühasibat işini təşkil etmək;
e) İctimai əlaqələri qurmaq;
ə) AFFA-nın inzibati işlərini təşkil etmək.

Maddə 55 – Baş katib

1. Baş katib Baş katibliyə rəhbərlik edir və onun işi üçün məsuliyyət daşıyır.
2. O, İcraiyyə Komitəsi tərəfindən təyin olunur və öz vəzifələrini əmək müqaviləsi əsasında həyata keçirir.
3. Baş katib Baş katibliyin bütün funksiyalarının həyata keçirilməsi üçün cavabdehdir. Prezidentin təsdiqindən sonra o, maliyyə məsələlərini yerinə yetirir və Baş katiblikdə çalışan personalın işlə təmin olunmasına nəzarət edir.
4. O, Konfransda, İcraiyyə Komitəsinin və komitələrin iclaslarında məşvərətçi rolunda iştirak edir. Əgər o iştirak edə bilmirsə, onda onu əvəz etmək üçün başqa şəxsi təyin edir.
5. Baş katib daimi və müvəqqəti komitələrin fəaliyyətlərini əlaqələndirir.
6. Baş katib üçüncü tərəflər qarşısında AFFA-nın adından sənədləri imzalamaqla öhdəlik qəbul edə bilər.

Elxan Məmmədov o qədər “uzun əllər”ə malik idi ki, baş katib işindən daha böyük işlərə qarışır, vəzifə səlahiyyətlərini aşırdı. Federasiya baş katibləriylə bağlı yuxarıda qeyd etdiyim tapşırıq gələn kimi özünə yeni post – icraçı vitse-prezident postu fikirləşməsi də buna xidmət edirdi. Məmmədov həm baş katib olmaq, həm də İK-da səs hüququna malik olmaq, proseslərə bilavasitə təsir etmək istəyirdi. Alınırdı da, istədiyini də edirdi. Ona görə də futboldakı həm ümumi, həm də onun idarəetməsindəki vəziyyətimiz bərbad günə salınıb, toparlamaq, düzəltmək üçün xeyli vaxt lazım olacaq.

Anladığım qədərilə yeni AFFA rəhbərliyi məhz bu istiqaməti götürüb. Hərə öz işini görməli, öz səlahiyyətləri çərçivəsində hərəkət etməli, qərarlar qəbul etməlidi. Ölkə futbolunun ali qurumu AFFA-dı, onu da prezidentin rəhbərliyi ilə İcraiyyə Komitəsi idarə edir. Baş katib bu ierarxiyada sonrakı pillədədi. İK, onun üzvləri, federasiyanın prezidenti və vitse-prezidentləri daha məsul və səlahiyyətli, qərarların verilməsində öncül şəxslərdilər. Belə də olmalıdı.

Ona görə də yavaş-yavaş baş katibə ekstraordinar bir şəxs kimi baxmaq fikrini ikinci plana atmağa başlamalıyıq. Cahangir Fərəcullayevin futbol keçmişinin olmaması onun zəif nöqtəsidi, bu zəifliyi işi, çalışqanlığı ilə aradan qaldırmalı olacaq. Üstəlik, o uğursuz olacağı halda, sualı ona yox, onu təyin edən şəxslərə verəcəyik. Ki, bəs başqası yox idi təyin etməyə?

Həm də biz hələ bilmirik ki bu şəxs işinin öhdəsindən yaxşı gələcək, ya pis. Elə şəklinə və keçmişinə baxıb “yox e, bundan iş görən olmaz” demək səhvdi, qeyri-peşəkarlıqdı. İşinə başlasın, nəyə qadir olduğunu görək, sonra ona uyğun dəyərləndirmə edərik. Məncə, doğrusu budur.

Kənan Məstəliyev

Xəbər 104 dəfə oxunub.




04.02.2025  17:32 

Kadi “Qarabağ”a QAYIDIR?

04.02.2025  17:00 

Rövşən Mehdiyev həbsdə qaldı

04.02.2025  15:37 

DYP sürücülərə müraciət etdi

04.02.2025  14:41 

Sabahın HAVAsı: Yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +