Azərbaycanın iqtisadi “liderliyi”: Şişirdilmiş illüziyalar
Kommunikasiyaların vacibliyini bir daha təsdiqlədik - Paşinyan
“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video


04.02.2025  14:27 

Avropanın müdafiəsini gücləndirməliyik - Keir Starmer





A+  A-

2025-ci ildə Böyük Britaniya Ukraynaya əvvəlkindən daha çox hərbi dəstək verəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Keir Starmer NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

"Biz hamımız bu müharibəni bitirmək üçün çalışırıq. Amma gəlin dürüst olaq - sülh güc yolu ilə gələcək. Və biz Ukraynanın müdafiəsini dəstəkləmək üçün əlimizdən gələni etməliyik. Bu, cəbhə xəttini sabitləşdirmək, lazımi avadanlıq və təlimlərlə təmin etmək deməkdir. Buna görə də Britaniya Ukraynaya bu il əvvəlkindən daha çox hərbi dəstək verəcək", - deyə Baş nazir bildirib.

Baş nazir xatırladıb ki, ABŞ prezidenti Donald Tramp Rusiyanı yeni sanksiyalarla hədələyib:

"Aydındır ki, bu, Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putini narahat edib. Biz bilirik ki, o, Rusiya iqtisadiyyatının vəziyyətindən narahatdır. Ona görə də mən buradayam ki, Avropalı tərəfdaşlarımızla təzyiqi davam etdirək”.

Starmer hesab edir ki, müttəfiqlər NATO-nu gücləndirmək üçün çalışmalıdırlar.

"Biz Avropanın müdafiəsini gücləndirməliyik. Böyük Britaniyada biz aparıcı NATO müttəfiqi olmaqdan qürur duyuruq. Bizim müdafiə xərclərimiz hazırda ÜDM-in 2,3%-ni təşkil edir. Və biz bunu 2,5%-ə çatdırmaq üçün çalışırıq. NATO-nun planları və tələbləri, və “NATO birinci” prinsipi də bu il strateji müdafiə baxışımızın mərkəzində olacaq”, - deyə o bildirib.

Rutte isə Avropa ölkələrini müdafiəyə daha çox sərmayə qoymağa çağırıb:

"Böyük Britaniya bunu instinktiv şəkildə başa düşür. Siz 2%-lik hədəfə çoxdan nail olmusunuz. Mən müdafiəyə sərmayəni daha da artırmaq planlarını alqışlayıram. Çünki daha təhlükəli dünyada bizi təhlükəsiz saxlamaq üçün 2% kifayət etməyəcək. Biz bunu etməliyik”.

Xəbər 2798 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +