02.02.2025 15:12
Türkiyənin çörəyini yeyir, Azərbaycana hücum üçün...
Keçmiş HDP-nin erməni əsilli deputatı Qaro Paylan Ermənistana Azərbaycana cavab vermək üçün 3-5 il vaxt lazım olduğunu və vaxt qazanmaq üçün Bakıya sülh əli uzatmağın vacibliyini bəyan edib.
Bu adam Türkiyənin çörəyini yeyir və Azərbaycana hücum üçün Ermənistana 3-5 il lazım olduğunu açıq şəkildə bildirir. Deyir ki, Artsaxı Azərbaycan əlimizdən alıb, ermənilər onu müharibə yolu ilə geri qaytarmalıdır...
Xatırladım ki, 2024-cü ilin martında Ermənistanın son dərəcə məlumatlı nəşrlərindən olan “Hraparak” belə bir xəbər yaymışdı ki, hakim Mülki Müqavilə Partiyasının deputatı Hakob Aslanyan öz müsahibəsində belə deyib: “Belimizi tam düzəltmək üçün bizə 1-1,5 il vaxt lazımdır və ondan sonra biz türklərlə başqa cür danışacağıq”.
İlham Əliyev həmin müsahibəni Nikol Paşinyanın qarşısına qoyub və deyib: “Sizin siyasi komandanızda revanşistlər var və siz isə məni başqa şeyə inadırırsız”.
“Hraparak” yazır ki, həmin olaydan sonra Paşinyan partiyasının üzvləri ilə qapalı görüşdə Aslanyanın ünvanına sərt ifadələr işlədib. Qəzet yazıb ki, Aslanyan bizimlə söhbətində bu əhvalatı inkar etmədi, əksinə, qürurla etiraf etdi ki, Əliyev həqiqətən də onun müsahibəsini ciddi qəbul edib...
Türkiyədə doğulan, orada yaşayan Qaro Paylan revanş haqqında açıq danışır. Aydındır ki, ABŞ, Fransa və Rusiyada olan erməni diasporu daha radikal mövqedədir.
Ermənistanda isə Qarabağ klanı açıq şəkildə Azərbaycanı hədələyir. Hətta gecə-gündüz Azərbaycanı sülh müqaviləsi bağlamağa çağıran Nikol Paşinyanın tərəfdarları arasında da revanşistlər var...
İlham Əliyev erməni revanşistlərə haqlı olaraq faşist deyir. Azərbaycan da faşistlərlə faşist kimi davranmalıdır...
P.S Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar Qaro Paylanın bəyanatına cavab olaraq deyib: “Qaro bir vaxtlar “Aqos” qəzetində (Türkiyədə çıxan ermənidilli nəşr) köşə yazarı olub, sonra isə parlamentin üzvü seçilib. İndi maaşlarımızdan tutulan vergilərlə rahat yaşayır. O, Türkiyə parlamentinin üzvü kimi həm ölkə daxilində, həm də xaricdə Türkiyə və türk dünyasının əleyhinə işləyib. "Fəal diaspor fəaliyyətinə görə o, əlləri Xocalı qurbanlarının qanına batmış Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən medalla təltif edilib... Yəni Ermənistan silahlanacaq, Azərbaycan isə boş oturub düşmən ölkənin güclənməsini gözləməli olacaqmı? Sizcə, normallaşma adı altında Azərbaycan və Türkiyəyə qarşı qurulan sxemləri biz başa düşmürükmü? Azərbaycan xalqı və dövləti sizin niyyətlərinizi yaxşı bilir...Mən Paylanı özünə gəlməyə çağırıram"...
Elbəyi Həsənli
Xəbər 330 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|