Yağış TIXAC yaratdı: Bakının yolları...
Lokomotiv yoldadır: növbəti stansiya - Premyer Liqa!
Ceyhun Bayramov Gideon Saar ilə görüşdü
Zaxarova haqlıdır, amma...
Bu universitetin rektoru İSTEFA VERDİ
Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı
Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı - VİDEO
Sürücülərin nəzərinə!
Azərbaycanlı barəsində ölüm hökmü ÇIXARILDI
Vəzifəli şəxs vəfat etdi


23.05.2019  12:57 

Ali məktəblərə qəbul planı ARTIRILIB





A+  A-

"2019-2020-cu tədris ili üçün qəbul planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Qərara əsasən, ötən illə müqayisədə bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 % artım nəzərdə tutulub".
XəzərNews.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, ötən il qəbul planında 45599 nəfərlik yer ayrıldığı halda, bu il 48506 nəfərlik yer ayrılıb.

Nazirlik rəsmisi əlavə edib ki, kollec məzunlarının bu il ali məktəbə qəbul şansı çox olacaq:

"Adətən qəbul planının dolma göstəricisi 90% olur və 4-5 min plan yeri boş qalır. Nəzərə alaq ki, ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı 7-8 min azdır. Bu da kollec məzunlarının şansını artırır".

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə Bayramov isə bildirib ki, kollec məzunları ali məktəblərə minimal 200-250 balla qəbul oluna biləcəklər:

"Hər il müsabiqə zamanı ixtisas üzrə bal şərti 200-250 bal arası olur. Bu məsələdə də həmin şərt nəzərə alınacaq. I qrupda abituriyentin müsabiqəyə buraxılması üçün hansı bal nəzərdə tutulubsa, onu da nəzərə alacağıq. Hesab edəcəyik ki, həmin adam minimal balı toplayıb və müsabiqədə iştirak edəcək".

Xəbər 1369 dəfə oxunub.



14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...

14.02.2025  11:57 

Sürücülərin nəzərinə!

14.02.2025  10:46 

Zaqatalada şəlalə DONDU - VİDEO

14.02.2025  10:43 

Vəzifəli şəxs vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +