Yağış TIXAC yaratdı: Bakının yolları...
Lokomotiv yoldadır: növbəti stansiya - Premyer Liqa!
Ceyhun Bayramov Gideon Saar ilə görüşdü
Zaxarova haqlıdır, amma...
Bu universitetin rektoru İSTEFA VERDİ
Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı
Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı - VİDEO
Sürücülərin nəzərinə!
Azərbaycanlı barəsində ölüm hökmü ÇIXARILDI
Vəzifəli şəxs vəfat etdi


22.05.2019  10:32 

S-400, yoxsa Patriot? - Türkiyə SEÇİM qarşısında





A+  A-

Türkiyə iyunun əvvəllərində Rusiyadan S-400 raketlərinin alınması ilə bağlı yekun qərarını verməlidir.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, əgər Ankara ABŞ-dan oxşar raket sistemlərini almaqdan imtina edərsə, Qərbin sanksiyaları ilə üzləşəcək.

Vaşinqton Türkiyədən S-400 raketlərindən imtina etməsini və onun əvəzində Patriot raketlərini almağı tələb edir. Əgər Ankara bu addımdan qaçsa, Vaşinqton 5-ci nəsil F-35 qırıcı təyyarələrin Türkiyə ilə birgə istehsalından və 100 ədəd F-35 təyyarəsini satmaqdan imtina edəcək. Paralel olaraq, Ankara ABŞ-ın sanksiyaları və NATO ilə ciddi problemlərlə üzləşəcək.

Məlumata görə, bu, Dövlət Departamentinin Türkiyəyə son təklifidir.

“NATO ölkələri konkret standartlar üzrə hərbi texnika almalıdır. Amma Rusiyadan alınacaq S-400 raketləri bu standartlara daxil deyil. Əgər Türkiyə S-400 raketlərini almaq planlarını dəyişməsə, çox neqativ nəticələrlə üzləşəcək”- deyə Dövlət Departamentinin adının anonim qalmasını istəyən nümayəndəsi bildirib.

2017-ci ilin sonlarında Ankara və Moskva S-400 raketlərinin 4 divizionunun alınması barədə saziş imzalamışdı. Dəyəri 2,5 milyard dollar olan müqavilə ABŞ və NATO ölkələrinin ciddi narazılığına səbəb olmuşdu.

Xəbər 1268 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...

14.02.2025  11:57 

Sürücülərin nəzərinə!

14.02.2025  10:46 

Zaqatalada şəlalə DONDU - VİDEO

14.02.2025  10:43 

Vəzifəli şəxs vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +