Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


13.04.2025  13:12 

Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb





A+  A-

"Bu müraciəti Əvəz Zeynallıdan razılıq almadan, “qaradan da artıq boya yoxdur...”- deyib, edirəm".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Əvəz Zeynallının xanımı Məlahət Qisuri Zeynallı sosial şəbəkə hesabında paylaşıb.

Onun paylaşımını olduğu kimi təqdim edirik:

- Yadınızdadırsa, bir müddət əvvəl 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının sağlıq durumunda ciddi problemlər yaranmışdı. Müayinəni aparmaq üçün lazım olan UZİ-ni yalnız Ombudsman Aparatına xəbər verdikdən və onlar da bu işə qarışdıqdan 1 ay sonra həbsxanaya göndərməyə müvəffəq olmuşduq.

Həkimlər müayinədən sonra nələrdənsə şübhələniblər, az müddət sonra onu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər. 4 dəfə qan vurdular, günlərlə sistem birləşdirdilər, təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. Nəticəsi bayramdan sonraya qaldı dedilər, biz də gözlədik. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar. “Hər şey yaxşıdır” -bizə, ailəsinə müqəddəs yalan deyib, heç kəs üzülməsin deyə. Dünən yanında olduq. Bir iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları (ümumiyyətlə, yalan danışa bilmir) bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu.

Bağırsağında olan bədxassəli şiş artıq “mütastaz” verib, xərçəng qara ciyərinə yayılıb. Bu günlərdə “ximiya”ya başlayacaqlar. “Saçımı dibindən qırxdıracam”, - deyib, gülür, “həbsxanada heç kəsin edə bilmədiyini, həkimlər mənə etdi... Fikir eləmə, saçım olmadan da xarizmatikəm...”, - deyir. Nikbinliyi daha da yıxır bizi.

Belə. Əvəz Zeynallı bütün şüurlu ömrünü Vətənə, Azərbaycana xidmət etməklə keçirib. Yemədən, içmədən, günlərlə yuxusuz qalıb, amma vəzifəsini layiqincə yerinə yetirib. İndi saxta ittihamlarla, iki şərəfsizin bir qəpiyə dəyməyən canlarını qurtarması üçün verdikləri yalan ifadəyə görə, azadlığını əlindən alıb, özünü də xəstə, yarımcan etdilər.

Həbs olunanda 98 kq çəkisi vardı, 25 kq çəki itirib. Məsuliyyətsiz təcridxana rəhbərlərinin “otopleniya”nı vaxtında yandırtmaması nəticəsində buz kimi qarlı havalarda ciyərlərini soyuq aldı. Bu da nəticəsi...

Hərdən düşünürəm ki, qəsdən, bilərəkdən bunları etdilər.

Azərbaycan prezidentinə, ombudsmana, xalqımın bütün təbəqələrinə - ölkənin duyarlı kəsimlərinə, ləyaqətli media nümayəndələrinə, hüquq müdafiəçilərinə, ictimai-siyasi xadimlərə, məsuliyyətli siyasi partiya rəhbərlərinə, xalqımın sadə insanlarına, dünya azərbaycanlılarına səslənirəm:

Əvəz Zeynallını, bu millətin Azərbaycan üçün ürəyi yanan daha bir qeyrətli oğlunu ölməyə qoymayın! Vicdanınıza sığının, kimin əlindən nə gəlirsə, onu da etsin. Mən də əlimdən nə gəlirsə, onu edəcəm, daha SƏSİMİZ EŞİDİLƏNƏ KİMİ...

Əfv prezidentin birbaşa səlahiyyətindədir. Hər gün Əvəz Zeynallının həyatı üçün ciddi bir təhlükədir. Humanistlik edib, onu özəl qərarla fərd olaraq da əfv etmək, müalicəsini diqqətdə saxlamaq olar. Sonra çox gec ola bilər. Vaxt çox azadır. Hər saniyə dəyərlidir. Əgər ona bir şey olarsa, bu tarixdə silinməyən qara ləkə olaraq qalacaq.

Çox təəssüf ki. gözlərində olan problemlər də hələ qalır. Bir gözündə görmə qabiliyyəti kəskin aşağı düşüb, nə baxan var, nə də yoxlatdıran. Özümüzə də qaytarmırlar ki, müayinəsini də, müalicəsini də özümüz edək. Bütün qapıları bağlamaq məsələni çözmək demək deyil axı... İnanın, başqa bir millətin Əvəz Zeynallı kimi oğlu olsaydı, onu yaşatmaq üçün nələr etməzdi.

Bilirəm, tanıyıram onu. Bilirəm ki, həyatında daha bir şanlı mübarizənin bəyaz səhifəsini açır: Yaşamaq mübarizəsinin... Dualarımız və varlığımız onunladır. O harda olacaqsa, biz də yanındayıq.

P.S. Ötən 3 ildə özünü bizə dost bilən onlarla insan, həmkar “Məlahət xanım, nəyəsə ehtiyacınız olsa, deyin”, deyiblər. Bir dəfə də olsun onlara müraciət etməmişəm. İndi edirəm: “ Bu gün lazımsınız, sabah gec olacaq!

Xəbər 2088 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +