Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


14.04.2025  18:32 

Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...





A+  A-

Şənbə və bazar günləri vətəndaşların bank kartlarından 41048 manat oğurlanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama DİN-dən verilib.

Məlumatda qeyd olunur ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.

Aprelin 12-də və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11100, 10283, 4900, 2537, 2520, 2183, 1500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.


Xəbər 2931 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +