Ukrayna təhlükəsizlik təminatlarını müzakirə edir - Sibiqa
“Ad günün mübarək!” - Ailə fotolarını paylaşdı
Boksçu gənclərin maaşını mənimsəyirlər?
İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb


26.08.2025  11:08 

Mirzə İbrahimov: Sizin yoxsa, bizim...





A+  A-

Əlbəttə, mövzunun başlığını belə düşündürücü qoymağımızın səbəbi Mirzə İbrahimovun indi unudulmuş şəxsiyyətinə diqqət çəkməkdir. M.İbrahimov bütün Azərbaycan xalqınındır. Şərqi Azərbaycan, Sərabdan iş dalınca Bakiya gəlmiş şəxsdir. Nə qədər ağır həyat tərzi yaşasa da böyük inkişaf yolu keçdi.

M.İbrahimov Azərbaycan tarixinin ən mühüm dövlət xadimlərindəndir. Böyük yazıçı, dramaturqdur və qlobal miqyaslı ictimai-siyasi xadimdir. SSRİ dövründə Avropa və Asiya üzrə SSRİ Həmrəylik Komitəsinin sədri idi. Bu statusda o SSRİ dövründə dünyanın əsas ölkələrini gəzmişdi - ABŞ, Böyük Britaniya, Fransa, Afrika və Yaxın Şərq ölkələri.

M.İbrahimov Azərbaycan dilinin Azərbaycan SSR-də dövlət dilinin rəsmi status almasının təməlində duran ilk vəzifəli şəxsdir. O vaxta qədər əlbəttə, bizdə dil mövzusu unudulmayıb, unutdurmaqda isə SSRİ-nin də öz siyasəti olub. Bacardığı qədər çalışıb ki, SSRİ məkanında vahid dil rus dili olsun.

Bu gün İranda da artıq Mərkəzi Asiyaya bələddirlər. İndi də o region rus dillidir. Əlbəttə, Bakı da müəyyən qədər rusdillidir. Amma Azərbaycan Dövlət Konstitusiyasında aydın şəkildə Azərbaycanda dövlət dilinin Azərbaycan dili olduğu göstərilib. Bundan ötrü hətta o vaxt Azərbaycan SSR Ali Sovetinin sədri olan M.İbrahimovun vəzifədən uzaqlaşdırılmasının səbəbi kimi göstərirlər.

Həmin dövrdə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra M.İbrahimov SSRİ miqyaslı Asiya və Afrika ölkələri üzrə SSRİ Həmrəylik Komitəsinin sədri seçildi və artıq qlobal beynəlxalq fəaliyyətə başladı. SSRİ-nin dövlət siyasətinə qarşı çıxan və bu adla vəzifədən uzaqlaşdırılan şəxs Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində artıq daha böyük vəzifəyə sahiblənir.

1989-cu ildə M.Qorbaçovun iştirak etdiyi SSRİ Ali Sovetinin sessiyasında M.İbrahimov “Allah adamı bədbəxt etmək istəyəndə onun əvvəlcə ağlını əlindən alır” demişdi. Bu həm də ermənilərə aid idi. Elə indiki İran siyasətçilərinə də aid etmək olar. Bu gün Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində həm də onun bu kəlamının haqq olduğu aydın görünür.

Bu və gələcəkdə də belə nümunələrdən çox çəkəcəyəm. O kontekstdə “arsenalımız” xeyli zəngindir. İranın çox güclü təbliğat maşını var. İran rəhbərliyinin apardığı yalan siyasət Göbbelsin apardığı yalanı qat-qat üstələyib. İranın apardığı yalan siyasəti Allaha şərik çıxmaqla müqayisə oluna bilər. Bəzi məsələləri Allahın əlindən alıb. İranın təbliğat siyasətinin yalanla qaynayıb, qarışmasının vacib subyektlərindən biri də bizim oradakı azərbaycanlılardır. Əlbəttə, Bakıda və Azərbaycanın digər rayonlarında yaşayan bir qrup şəxs İranın təsiri altındadır. İran ölkəmizin daxilində bəzilərinə dinin, şiəliyin dayağı kimi görünür, daha iri mənada ümid mənbəyi kimi görünür. Onlar unudurlar ki, İran şiəliyin qənimidir və İran Azərbaycan xalqının, dövlətçiliyinin antaqonistidir.

Çox sadə misal: İrana bütün rəğbəti olanlar Azərbaycan kontekstində İranın Xocalı soyqırımına münasibətini öyrənsinlər. İran Xocalı qatillərinə 3 milyard dollara yaxın yardım edib. Bu faktdır. Nəinki Xocalı soyqırımı, hətta Ali rəhbərin müşaviri Ə.Vilayəti etiraf etdi ki, İran Qarabağ səmasında vurulan 18 iranlı diplomatın öldürülməsini də ermənilərə bağışladı. Azərbaycan torpağını işğal edən erməni İran üçün müqəddəslər qədər vacibdir. Xocalı soyqırımı Azərbaycan xalqının davranış manerasında ən müəyyənedici parametrlərdən biridir. İndi də azərbaycanlılar arasında, xüsusilə İranın Azərbaycanla sərhəd ərazilərində yaşayan azərbaycanlılar arasında hədsiz zərərli təbliğat aparır.

Dünən Böyük Britaniyanın Dövlət naziri gəldi və Azərbaycan Prezidentinə orijinal hədiyyə təqdim etdi. Politoloqlarımızdan biri onu “Böyük Britaniyanın Azərbaycan Prezidentinə nəinki bizim komandadasan və hətta komandamızda bir nömrəli oyunçusan” mesji kimi şərh etdi. Yəni nömrə bir tək qapıçı mənasında deyil. Futbolun və siyasətin də vətəni Böyük Britaniyadır.

Moskva televiziyasında hətta ermənilər iddia edirlər ki, Prezident İlham Əliyev bir respublika miqyasına sığmır, artıq regionu idarə etmək gücündədir. Belə rəhbəri olan xalqa İranın yalanları ilə yola getməməli, barışmamalı, mübarizə aparılmalıdır. Azərbaycan Respublikası, Prezident İlham Əliyev bu gün də İranın xilaskarı ola bilər. Amma İranın birinci şərti Allaha qayıtmasıdır.

Xocalı soyqırımı ilə bağlı tövbə müsəllasına çıxmalıdır. Şuşanı ermənilərə verilməsində iştirakı ilə bağlı tövbə etməlidir.

Mirzə İbrahimovun Sərabdan başlanan həyatı və Bakıda I Fəxri Xiyabanda dəfninə qədər olan dövrü öyrənməklə buna çox asanlıqla əmin olmaq olar. Doğulduğu kənddə, Sərabın özündə Şərqi Azərbaycan ostanının paytaxtı Təbrizdə Mirzə Əjdər oğlu İbrahimovun xatirə aksiyaları keçirilməsi, nəsə nişanələr qoyulması uğur hekayəmizin ən parlaq epizodlarından olar.

İnşallah.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq



Xəbər 376 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +