İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.12.2022  08:00 

Şakira və Pike məhkəmədə üz-üzə gəldi - Foto





A+  A-

Müğənni Şakira və futbolçu Jerar Pike ayrılıq və uşaqların qəyyumluğu ilə bağlı məhkəmədə üz-üzə gəlib.

XəzərNews.az xəbər verir ki, Şakira və Pike noyabrın əvvəlində övladlarının qəyyumluğu ilə bağlı əldə edilmiş razılaşmanı hakim qarşısında təsdiqləyiblər.

Razılaşmaya əsasən, Şakiranın ABŞ-ın Mayami şəhərindəki evinə köçəcəyi və övladları Milan (9 yaş) və Saşanı (7 yaş) götürəcəyi, Pikenin isə ayın 10 günü uşaqlarının yanında olacağı bildirilib.

Qeyd edək ki, Barselonanın ispaniyalı ulduzu Jerar Pike ilə 2010-cu ildən sevgili olan məşhur müğənni Şakiranın ayrılması gündəm olub. Münasibətləri zamanı dünyaya gələn iki övladı belə cütlüyün ayrılmamasına mane ola bilməyib.

Təxminən 12 ildir birlikdə olan Şakira və Pike iyun ayında ayrıldıqlarını açıqlayıblar.

Hələ o zaman İspaniya mediası yazırdı ki, Şakira onu aldadan Jerar Pikeni cinayət başında yaxalayıb.

Lalə
XəzərNews.az






Xəbər 486 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +