İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.11.2020  10:43 

“Müharibənin 6-cı həftəsinə ciddi üstünlüklərlə başlayırıq”





A+  A-

“Ermənistan ordusu geri çəkilir. Müdafiə Nazirliyinin məlumatına görə, işğalçı ordunun silah və sursatı da tükənmək üzrədir. Əslində bu, gözlənilən idi. İndiyədək rəşadətli ordumuz düşmənin 2.7 milyard dollarlıq silah-sursat və hərbi texnikasını ya məhv edib, ya da hərbi qənimət kimi götürüb”.
XəzərNews.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkədəki hesabında paylaşıb.

O qeyd edib ki, illik dövlət büdcəsi 2.7 milyard dollardan az olan bir ölkə üçün bu, ciddi itkidir: “Aydındır ki, hətta Ermənistan silah və sursatların bir hissəsini pulsuz və ya borclanaraq alsa belə, qısa zamanda hərbi texniki bazasını yenidən gücləndirməsi real deyil. “Humanitar uçuşlar” ilə silah daşınmağa cəhd edilsə də, pandemiyanın ümumi uçuşların sayını məhdudlaşdırdığını nəzərə aldıqda düşmən ölkədə ordu və təchizatın vəziyyətinin necə olduğunu təsəvvür etmək mümkün deyil.

Reallıq bundan ibarətdir ki, Ermənistan uzun müddətli müharibə aparmaq imkanlarına malik deyil. Buna görə də, ötən ayın əvvəllərində düşmənin birinci səddi darmadağın ediləndən sonra işğalçı ölkə hər vəchlə atəşkəsə nail olmağa çalışırdı. Paşinyan hakimiyyəti 30 il ərzində qurduqları tunellər və istehkamların onlara yardım edəcəklərini düşünsələr də şanlı ordumuz həmin maneələri darmadağın etdi”.

Millət vəkili vurğulayıb ki, savaşın 6-cı həftəsinə Azərbaycan ordusu ciddi üstünlüklərlə başlayır: “İnanırıq ki, ötən 5 həftədə Ali Baş Komandanımızın rəhbərliyi ilə 200-ə yaxın yaşayış məntəqəsini azad edən rəşadətli Ordumuz bu həftə də bizi xoş xəbərlər ilə sevindirəcək. Qarabağ Azərbaycandır!”

Xəbər 1959 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +