Yağış TIXAC yaratdı: Bakının yolları...
Lokomotiv yoldadır: növbəti stansiya - Premyer Liqa!
Ceyhun Bayramov Gideon Saar ilə görüşdü
Zaxarova haqlıdır, amma...
Bu universitetin rektoru İSTEFA VERDİ
Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı
Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı - VİDEO
Sürücülərin nəzərinə!
Azərbaycanlı barəsində ölüm hökmü ÇIXARILDI
Vəzifəli şəxs vəfat etdi


17.03.2021  13:15 

Rövşən Əkbərov bu maddələrlə ittiham edilir





A+  A-

Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun hansı maddələrlə ittiham edildiyi məlum olub.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, R.Əkbərov Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilir.

Ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 12-ci maddəsi Azərbaycan ərazisindən kənarda törədilən cinayətləri tənzimləyir.

İttihama görə, Rövşən Əkbərovun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Xəbər 2631 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...

14.02.2025  11:57 

Sürücülərin nəzərinə!

14.02.2025  10:46 

Zaqatalada şəlalə DONDU - VİDEO

14.02.2025  10:43 

Vəzifəli şəxs vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +