Sumqayıt sakinlərinin NƏZƏRİNƏ!
İrəvanın mərkəzində “Qarabağ” oxudular - VİDEO
500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Müəllimlərin nəzərinə!
Saxta içki hazırlayan azərbaycanlılar saxlanıldı -VİDEO
Tanınmış ekspert HƏBS EDİLDİ
143 milyonu yeyiblər, yüngül cəza istəyir
Millimizin kapitanı narkotikdən tanınmaz hala düşdü - VİDEO
Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq
Güneyli məktəblilərdən Azərbaycana DƏSTƏK


30.01.2025  16:13 

“Coca-Cola“ Azərbaycanda qadağan olunacaq?





A+  A-

Xəbər verdiyimiz kimi, qida nəhəngi "Coca-Cola Company"nin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium"un məhsulları Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırılıb.

Bu tədbir 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olan Coca-Cola, Sprite, Fanta, Fuze Tea, Minute Maid, Nalu, Royal Bliss və Tropico brendlərinə şamil edilib.

Səbəb olaraq içkilərdə xloratların miqdarının normadan artıq olması göstərilib.

Şirkətdən bildiriblər ki, problem Gentdə istehsal tələblərinə uyğunluq üzrə içkilərin keyfiyyətinin yoxlanılması zamanı aşkar edilib. Qeyd olunur ki, standartlara uyğun olmayan məhsulların böyük hissəsi artıq dövriyyədən çıxarılıb və ya bazarlara buraxılmayıb, qalan partiyanın geri çağırılması üzərində şirkət göstərilən ölkələrin hakimiyyət orqanları ilə işləyir.

Bəs, Azərbaycanda "Coca-Cola" məhsulları ilə bağlı eyni tədbirlər görülə bilərmi?

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, problem əsasən, müəyyən partiya məhsullara aiddir. Lakin ümumilikdə bu cür məhsulların istehlakçılar üçün zərərlidir:

“İstehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatlar, o cümlədən Azad İstehlakçılar İctimai Birliyi bildirir ki, ümumiyyətlə, bu brend adı altında istehsal olunan bütün məhsullar istehlakçılar üçün zərərlidir. Bu məhsulların tərkibində asılılıq yaradan maddələr, cipslərdə isə həddindən artıq duz mövcuddur və.s İstehlakçı hüquqlarını qoruyan təşkilatlar bütün dünyada insanların bu mallardan mümkün qədər uzaq durmasını tövsiyə edirlər".

E.Hüseynovun sözlərinə görə, bu şirkətlər yerləşdikləri ölkələrdə böyük vergi ödəyicisinə çevrildikləri üçün hökumətlər onları ərazilərindən çıxarmağa ya cəsarət etmir, ya da sadəcə, bunu istəmirlər:

“Çünki dövlətlərə pul lazımdır. Bu məsələ istər Avropada, istərsə də Amerikada istehlakçılar üçün təhlükə yaradır. Azad İstehlakçılar İctimai Birliyi olaraq bildiririk ki, hətta bəyənilən partiyalara aid mallar belə insanlar üçün zərərlidir. İnsanlar bu məhsullardan mütləq şəkildə uzaq durmalıdırlar. Çox təəssüflə qeyd etmək istəyirəm ki, dünya miqyasında ən böyük ərazili KFC də məhz Azərbaycanda yerləşir. Bu, məni olduqca narahat edir. Bildiyimə görə, həmin filial Sabunçu rayonundadır".

Mövzu ilə bağlı Bakupost.az-a danışan qida eksperti Məhsəti Hüseynova bildirib ki, kola və digər qazlı içkilərin tərkibindəki bir çox maddələr həmin içkilərdən uzun müddət istifadə etdikdə sağlamlıq riskləri yarada bilər:

“Xüsusilə şəkərin həddindən artıq çox olması, bəzən də fruktoza siropundan bol istifadə olunması insanlarda diabet və ürək-damar xəstəlikləri riskini artırır. Bir çox hallarda dadlandırıcı olaraq qarğıdalı siropundan istifadə edirlər ki, burada da artıq kimyəvi qatqı maddəsinin olması ilə yanaşı, həddindən artıq istifadə edən insanlarda daxili orqanların funksiyasının pozulması halları baş verir. Ancaq bu kimi məhsulların satılmasına hər hansı bir qadağaların qoyulması və ya məhdudlaşdırılması müşahidə olunmur. Çünki belə içkilər dünyanın hər yerində, eləcə də Azərbaycanda satılır. Yaxşı olar ki, sağlamlığına diqqət edən insanlar bu kimi qarışıq tərkibli içkilərdən uzaq dursunlar”.

Xəbər 1429 dəfə oxunub.




30.01.2025  15:37 

Müəllimlərin nəzərinə!

30.01.2025  11:51 

Cahit Bağçıdan vida paylaşımı


BÜTÜN XƏBƏRLƏR +