Sumqayıt sakinlərinin NƏZƏRİNƏ!
İrəvanın mərkəzində “Qarabağ” oxudular - VİDEO
500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Müəllimlərin nəzərinə!
Saxta içki hazırlayan azərbaycanlılar saxlanıldı -VİDEO
Tanınmış ekspert HƏBS EDİLDİ
143 milyonu yeyiblər, yüngül cəza istəyir
Millimizin kapitanı narkotikdən tanınmaz hala düşdü - VİDEO
Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq
Güneyli məktəblilərdən Azərbaycana DƏSTƏK


30.01.2025  15:00 

Nəzrinin ölümünə görə tutulan həkimdən XƏBƏR VAR





A+  A-

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurovanın ölümü ilə bağlı şübhəli kimi saxlanılan həkim Sənan Mehdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.

XəzərNews.az "Report"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Sənan Mehdiyev barəsində Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurovanın müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

Xəbər 849 dəfə oxunub.




30.01.2025  15:37 

Müəllimlərin nəzərinə!

30.01.2025  11:51 

Cahit Bağçıdan vida paylaşımı


BÜTÜN XƏBƏRLƏR +