Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


10.09.2020  14:46 

7 idmançımızın medalı əlindən alındı





A+  A-

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən dopinqə düşmüş idmançıların medallarının əlindən alınması ilə bağlı respublika idman federasiyalarına rəsmi məktub göndərilib.
XəzərNews.az xəbər verir ki, bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmançıların yerləri bərpa edilməli və müvafiq medallar təqdim edilməlidir.

Qadağan edilmiş maddə və ya üsullardan istifadə edən idmançıların antidopinq qayda pozuntusu törətdikləri yarışlarda əldə edilən nəticələri ləğv edilməli və rotasiya qaydasında sıralama yenidən tərtib olunmalıdır.

Qeyd edək ki, 2019-cu ildə 5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxmış və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minmişdir. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.

Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.
Nəticələri ləğv edilən və medalları geri alınan idmançılar siyahısı.

Həsənbəy Həsənzadə (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- I yer

Vasif Səfərov (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- II yer

Orxan Zeynalov (81 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- II yer

Vüqar Şirinov (52 kq) 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku -I yer

Aliyə Müslümova (78 kq)2019-cu ildə keçirilmiş cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi- II yer

Jalə Bayramova 2019-cu ildə keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı -I yer

Kamran Orucov (63 kq) 2019-cu ildə keçirilmiş boks üzrə Azərbaycan çempionatı –III yer

Xəbər 3485 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +