Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO
“Antalyaspor” klubunun yeni baş məşqçisi oldu
Netanyahudan İrana məktub
Gəmi qəzaya düşdü, ölənlər var
İki ölkə arasında sərhəddə döyüşlər baş verib
Bu ərazilərdə işıq olmayacaq
İran danışıqları bərpa edəcək? -Abbas Arakçı
Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır


11.10.2025  21:00 

Ağstafada boğulan səs: Məmur özbaşınalığı son həddə...





A+  A-

Azərbaycanın hər bir bölgəsində, hər bir evdə bu torpaqlar üçün can qoymuş insanlar yaşayır. Onlardan biri də Qarabağ müharibəsi veteranı, Fəxri Fərmanla təltif olunmuş Musayev Elşən Məmməd oğludur. Lakin bu gün onun mübarizəsi cəbhədə deyil, öz ata yurdunda – ədalətsizliyə və məmur özbaşınalığına qarşıdır.

Ata yurdunda başlanan sahibkarlıq və ailə zəhməti

Elşən Musayev 1962-ci ildə Ağstafa rayonunda anadan olub. Onun ata yurdu Ağstafa şəhəri, Heydər Əliyev prospekti 53 ünvanında yerləşir. Atasının sağlığında ailə birgə çalışaraq həyətlərində kiçik sahibkarlıq fəaliyyəti üçün yardımçı tikililər inşa edib. Bu tikililər illərlə ailənin dolanışığına xidmət edib, insanların dincəlməsi üçün ağaclar əkilib, masa-stullar düzəldilib, ərazi abadlaşdırılıb.

Lakin atası dünyasını dəyişdikdən sonra Elşən Musayev obyektin idarəsini qardaşı Elçinə tapşırır - “yurda sahib çıxsın, ailəsini dolandırsın” deyə. Bir müddət sonra isə gözlənilməz xəbər gəlir: qardaş obyektə sahib çıxmaq əvəzinə, onu satıb.

Uzun illər davam edən məhkəmə çəkişmələri nəticəsində Elşən Musayev obyektini geri qaytara bilir. O, 2004-cü ilin 19 fevralında həmin ərazini Ağstafa Bələdiyyəsindən alqı-satqı yolu ilə rəsmi olaraq alır, 2007-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr kitabında qeydiyyata aldırır. 2008-ci ildə isə Ağstafa Rayon İcra Hakimiyyəti mağaza tikintisi üçün rəsmi sərəncam verir.

Amma... tikintiyə başlamır. Çünki eyni ailənin digər üzvləri əsassız iddialarla ortaya çıxaraq prosesi pozurlar. Elşən bəy sakitcə qərar verir: “Tikməsəm də, ailəmin ehtiyacları üçün istifadə olunsun”.

İllərlə həmin ərazidən ailə üzvləri istifadə edib, o isə torpağın vergisini ödəyib, mülkün qayğısını çəkib.

2023-cü ilin 4 iyulunda Elşən Musayev növbəti dəfə torpaq vergisini ödəməyə gedərkən Ağstafa Bələdiyyəsindən aldığı xəbər onu sarsıdır.

Məlum olur ki, onun xəbəri və iştirakı olmadan bacısı Məlahət Musayeva məhkəmə qərarı alaraq onun əmlak hüququna qəsd edib.

Daha acınacaqlısı isə odur ki, Elşən Musayev rəsmi şəkildə etiraz və şikayət etdikdən sonra Bələdiyyə tələm-tələsik mülkü öz adına keçirərək, az sonra həmin ərazini Mircəlal Mahmudov adlı “üçüncü şəxs”ə satır.



Qanunsuz tikinti, məhkəmə qərarına hörmətsizlik

Əvvəllər özünü gah İcra Hakimiyyətindən, gah da elektrik idarəsindən göndərilən nümayəndə kimi təqdim edən Sahib Mahmudov (Mircəlal Mahmudovun oğlu, işi gördürən) sənəd istəniləndə yoxa çıxır.

Lakin 2025-ci ilin 17 iyul tarixində qəfil olaraq bir neçə texnika və işçi ilə əraziyə müdaxilə edir, tikinti və söküntü işlərinə başlayır.

Elşən Musayev dərhal məhkəməyə müraciət edir. Ağstafa rayon Məhkəməsində hakim Heyran Mürsəlovanın sədrliyi ilə 03.02.2025-ci il tarixdə keçirilən prosesdə Ağstafa şəhər Bələdiyyəsi ilə Musayeva Məlahət Məmməd qızı arasında Ağstafa rayon Notariat Ofisində bağlanılmış 01.09.2023-cü il tarixli, AN-I 1183288 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilib.

Eyni qərarla ləğv olunmuş sənəd əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Musayeva Məlahət Məmməd qızının adına olan 13.10.2023-cü il tarixli 2623019980 qeydiyyat nömrəli çıxarış da ləğv edilib.

Tərəflər arasında qarşılıqlı məhkəmə çəkişməsinin getdiyi ərəfədə Ağstafa rayon Məhkəməsi 18.07.2025-ci il tarixli yeni bir qərar elan edib.

Hakim Heyran Mürsəlovanın sədrliyi ilə keçirilən prosesdə iddiaçı Elşən Musayevin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilib, ərizə təmin olunub.

Məhkəmə Ağstafa rayonu, Heydər Əliyev prospekti 53 saylı ünvanla E.Qələmçəli küçəsi 2 saylı ünvanın kəsişməsində olan mübahisəli torpaq sahəsində tikinti, bərpa və ya dəyişikliklərin edilməsini Məlahət Musayevaya və digər şəxslərə qadağan edib.

Qərardadın dərhal icra edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub.

Elşən Musayevin vəkili Ədliyyə Nazirliyinin Ağstafa Rayon İcra və Probasiya Şöbəsi əməkdaşları ilə birgə əraziyə gəlib və iş icraçılarından işin dayandırılmasını tələb edib.
Vəkili ilə birlikdə icra məmurları əraziyə gələrək akt tərtib etsələr də, tikintiyə rəhbərlik edən Sahib Mahmudov açıq şəkildə “mənim tikintimi heç kim saxlaya bilməz” deyir. Və dediyi kimi də olur - tikinti bir gün belə dayanmır.

Elşən Musayevin sözlərinə görə, 28 sentyabr 2025-ci ilə qədər işlər fasiləsiz davam edib və artıq binanın əsas hissələri tamamlanıb.

Şikayətçi bildirib ki, ərazidə tikintinin dayandırılması ilə bağlı məhkəmənin 18.07.2025-ci il tarixli qərarına məhəl qoymayan iş icraçısı Nemət Həsənov Ədliyyə Nazirliyinin Şəmkir Regional İdarəsi tərəfindən 500 manat cərimələnib.



Prezidentə, nazirə və ictimaiyyətə müraciət

Qarabağ müharibəsi veteranı Elşən Musayev Prezident İlham Əliyev, ədliyyə naziri Fərid Əhmədov və İcra Baş İdarəsinin rəisi Vidadi Məmmədova müraciət edib:

“Mən müharibə veteranıyam, Vətənimə sədaqətlə xidmət etmişəm, Fəxri Fərmanla təltif olunmuşam. Amma bu gün öz evimdə, öz torpağımda ədalətsizliklə üz-üzəyəm. Məmur özbaşınalığı, vəzifə saxtakarlığı, məhkəmə qərarlarının icra olunmaması ilə üzləşmişəm. Ədliyyə Nazirliyindən və ölkə rəhbərliyindən xahiş edirəm, bu işə hüquqi qiymət verilsin, qərarlar icra olunsun”.

Prezidentə və digər qurumlara olunan müraciətlərə cavab gəlib.




Ağstafa Rayon İcra Hakimiyyətinin vətəndaş Elşən Musayevə göndərdiyi cavabda qeyd olunur ki, guya tikinti dayandırılıb.

Tikintinin dayandırılması ilə bağlı məhkəmə qərarından sonra və indi çəkilən video görüntülər və fotolar isə başqa mənzərə ortaya çıxarır: tikinti sürətlə davam edir.
AR Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsinin cavab məktubunda tikintinin dayandırıldığı iddia olunur - amma tikinti dayanmır.

Necə ola bilər ki, məhkəmə qərarı ilə həbs qoyulmuş ərazidə tikinti davam etsin?

Ağstafa Bələdiyyəsi hansı əsasla mülkiyyəti sahibindən xəbərsiz öz adına keçirib və satıb?

Dövlət qurumlarının bu qədər aydın fakt qarşısında susması və hərəkətsiz qalması hansı qanuna sığır?

Bu hadisə sadəcə bir torpaq mübahisəsi deyil - ədalət, hüquq və vətəndaş haqlarının sınağıdır.



Elşən Musayevin istədiyi tək bir şey var: “Ədalət bərpa olunsun. Mənim mülkiyyətim qanunsuz əlimdən alındı. Məhkəmə qərarına əməl edilsin, bu haqsızlıq dayandırılsın”.

Ağstafada baş verən bu hadisə bir daha göstərir ki, adi vətəndaşın, hətta müharibə veteranının səsi belə bəzən bürokratik divarların arxasında itib gedir.

Amma bir şeyi unudurlar ki, bu ölkə üçün döyüşənlər gec də olsa bu ölkədə ədalət görəcəklər. Çünki onların arxasında Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanır.

XəzərNews.az
N.Oruclu


Xəbər 1941 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +