Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


11.10.2025  19:34 

MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır





A+  A-

Amerika media şirkəti "Paramount 2025"ci ilin sonuna qədər Avropada bir neçə MTV telekanalını bağlamağı planlaşdırır.

XəzərNews.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Broadband TV News" məlumat yayıb.

Bildirilib ki, şirkət Böyük Britaniyada "MTV Music", "MTV 80s", "MTV 90s", "Club MTV" və "MTV Live" kanallarını bağlamaq niyyətindədir. Bu kanalların fəaliyyətinin 2025-ci il dekabrın 31-də dayandırılması planlaşdırılır. Bununla belə, MTV (MTV HD) telekanalı yayımlanmağa davam edəcək.

“Musiqi videolarına baxmaq üçün tamaşaçılar getdikcə daha çox "YouTube" və "TikTok" kimi platformalara üstünlük verdiyindən, bu qərar musiqi yönümlü lineer kanalların auditoriyasının uzunmüddətli azalmasını əks etdirir”, — deyə məqalədə bildirilir.

Sənaye müşahidəçilərinin sözlərinə görə, Böyük Britaniyada telekanalların bağlanması "Paramount"un beynəlxalq portfelində genişmiqyaslı yenidənqurmanın bir hissəsidir. Belə ki, Mərkəzi və Şərqi Avropanın bir sıra ölkələrində MTV, "TeenNick", "NickMusic", "Comedy Central Extra" və "Paramount Network" kanalları bağlanacaq, Benilüks ölkələrində isə "MTV 80s", "MTV 00s" və digər tematik kanalların yayımı dayandırılacaq.

Xəbər 3978 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +