Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


11.10.2025  14:13 

Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin məhkum edilmiş rəisi general-mayor Nizami Şirinov azadlığa çıxıb.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, N.Şirinovun 4 il 6 aylıq cəza müddəti tam başa çatıb. O, oktyabrın 7-də 9 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.

Qeyd edək ki, N. Şirinov 2021-ci ilin aprelində İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevlə birgə həbs edilib. O, mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib.

Ali Məhkəmənin son qərarı ilə Şirinova 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

Xəbər 5738 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +