Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


30.03.2018  11:57 

İki qardaş doğma bacılarını boğub öldürüb





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) 7 il əvvəl baş vermiş ağir cinayətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən XəzərNews.az-a bildirilib ki, martın 27-də Goranboy Rayon Polis Şöbəsinə 7 il əvvəl baş vermiş qətl hadisəsi barədə məlumat daxil olub.

Araşdırmalarla 2011-ci ilin sentyabr-oktyabr aylarında əvvəllər məhkum olunmuş Aydın Hüseynovun yaşadıqları İrəvanlı kəndindəki evdə münaqişə zəminində bacısı Raxşəndəni boğaraq qətlə yetirməsi, sonra onun meyitini qardaşı Adillə birgə həyətdəki tikilinin zirzəmisində basdırmaları müəyyən edilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə meyidin basdırıldığı, hazırda Aydın Hüseynovun yaşadığı evin zirzəmisinə baxış keçirilib. R.Hüseynovanın cəsədinin qalıqları eksqumasiya edilib.

Polis əməkdaşları tərəfindən hər iki şəxs saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər 3122 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +