Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


15.05.2017  15:36 

“Ermənistan kəfiyyatı yeni agent axtarışına çıxacaq”





A+  A-

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları hər zaman Azərbaycana qarşı təxribat fəaliyyətini davam etdirir. Təəssüf ki, bu prosesdə dövlətinə xəyanət yolunu tutanlar da var.
Buna baxmayaraq Azərbaycan tərəfi hər zaman erməni kəşfiyyatının genişmiqlaslı təxribatının qarşısını almağı bacarıb. Elə bu yaxınlarda baş tutan əməliyyat buna nümunədir.

Şübhəsiz ki, ermənilərə işləyən azərbaycanlılardan ibarət məxfi şəbəkənin ifşası Ermənistan kəşfiyyatına təsirsiz ötüşməyəcək.
XəzərNews.az-ın xəbərinə göə, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-a açıqlamasında bildirib ki, təxribatların qarşısı alınsa da, Azərbaycan tərəfi həmişə ayıq olmalıdır. Onun sözlərinə görə, keçirilən əməliyyatların Ermənistan kəşfiyyatına elə də böyük təsiri yoxdur:
“Bilirsiniz ki, müəyyən ölkələrin qarşılıqlı olaraq həyata keçirdiyi kəşfiyyat tədbirləri həmişə olub. O cümlədən, Azərbaycan və Ermənistan tərəfinin də... Bu günlərdə aşkarlanan təxribat əslində çox məyusedici hal idi. Hər halda bunu erməni kəşfiyyatına zərbə hesab etmək olar. Amma məsələ bununla bitmir.

Kəşfiyyat elə işdir ki, agentin, gizli mənbənin nə vaxtsa ifşa olunması və ya aşkarlanması gözləniləndir. Yəni bu iş dayanmır və davam edir. Eyni zamanda, Azərbaycan tərəfi də kəşfiyyat əməliyyatlarını dayandırmamalıdır. Elə fikirləşməyin ki, erməni kəşfiyyat agentləri ifşa olunubsa, sakit duracaqlar. Və ya erməni kəşfiyyatının zəifləyəcəyini düşünmək də olmaz. Onlar yeni mənbələr müəyyən etmək üçün axtarışa çıxacaq. Bu mənada Azərbaycan tərəfi ayıq olmalıdır. Kəşfiyyat təkcə cəbhə xəttində olmur. Hər yerdə kəşfiyyat aparılır. Biz əks-kəşfiyyat tədbirlərini gücləndirməli, əməliyyat şəraitinə düzgün nəzarət etməliyik”.

Xəbər 2686 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +