Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


14.05.2017  11:46 

Dəhşətli qəza yolun bağlanmasına görə olubmuş





A+  A-

Dünən Bakı şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, Zığ şosesində (beton yol) "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü, 1992-ci il təvəllüdlü Əliyev Fərid Möhübbət oğlu hadisə yerində vəfat edib. Digər avtomobilin sürücüsü 49 yaşlı Nəriman Əliyev, onun qızı, 30 yaşlı Afaq və 10 yaşlı nəvəsi Emil isə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, dünən səhərdən Zığ şosesinin bir zolağında hərəkət məhdudlaşdırılıb və yolun xətlərin rənglənməsi ilə bağlı avtomobillər gediş-gəliş üçün bir zolağa istiqamətləndirilib. Bu zaman sürət həddini düzgün seçməyən sürücülərdən biri maşını yüksək sürətlə üzbəüz gələn digər avtomobilə çırpıb və ağır qəza baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, artıq yolda xətlərin rənglənməsi işləri başa çatdırılıb və hər iki istiqamətdə tam açıqdır.

Xəbər 3164 dəfə oxunub.



11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +