Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


15.09.2021  11:49 

DİN-dən “12-ci İmam” kimi təqdim edilən Aqilin bacısının iddialarına - Cavab





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) “Şaurma N1”in şəriki, “12-ci İmam” kimi təqdim edilən Aqil Babayevin bacısı Mətanət Babayevanın iddialarına cavab verib.
DİN Mətbuat xidmətindən XəzərNews.az-a bildirilib ki, A.Babayevə qarşı soyğunçuluq törədilməsi iddiası əsasında istintaq aparılmaması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: "Heç bir hüquqi addım atılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bütün xüsusatlar istintaqla araşdırılır”.

Hüquq-mühafizə orqanlarından saytımıza daxil olan məlumata görə, “99-VD-699” dövlət nömrə nişanlı “Hyundai Santafe” markalı avtomobilə istintaqın təqdimatı əsasında məhdudiyyət qoyulub.

Mətanət Babayeva saytımıza açıqlamasında bildirmişdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında şəxsi avtomobilinə həbs qoyulub. O qeyd edib ki, üzərinə həbs qoyulan avtomobil şəxsi maşınıdır.

Qeyd edək ki, Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. DİN Aqil Babayevin özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanlara qarşı dələduzluq etdiyini açıqlayıb. Sahibkar Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Xəbər 3617 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +