Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


20.06.2021  16:29 

Odessada Azərbaycan Evi açıldı





A+  A-

30 mindən çox azərbaycanlının yaşadığı Odessa vilayətində Azərbaycan diasporunun “Birlik”ofisi - Azərbaycan evinin açılışı olub.
Diasporla İş üzrə dövlət Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, açılış mərasimində Dövlət Komitəsi, Odessa meriyası, Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi təmsil olunub.

“Birlik” təşkilatı İdarə Heyətinin sədri Rövşən Quliyev qonaqları salamlayaraq, Azərbaycan evinin açılmasının diasporun təşkilatlanması yolunda atılmış mühüm addım olduğunu diqqətə çatdırıb.

Odessada bu günə qədər mövcud olan üç Azərbaycan diaspor təşkilatının birləşməsi nəticəsində yaranan “Birlik” təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi və onun nəzdində mədəni-məlumat mərkəzi, hüquqi yardım və məsləhət xidməti, həftəsonu Azərbaycan məktəbi, həmçinin rəqs məktəbinin təşkili planlaşdırılır.

Xəbər 3644 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +