Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


22.03.2021  15:37 

Yük və sərnişin daşımaları azalıb





A+  A-

Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin işinin məhdudlaşdırılması yük və sərnişin daşımalarının azalmasına gətirib çıxarıb.
Bu barədə XəzərNews.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, sərnişin daşınması 2021-ci ilin fevral ayında yanvar ayına nisbətən 36,3 faiz artsa da, 2020-ci ilin fevral ayı ilə müqayisədə 42,2 faiz, ümumilikdə yanvar-fevral aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 47,7 faiz azalıb.

Sərnişinlərin 99,8 faizi avtomobil, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Yük daşınması cari ilin fevral ayında yanvar ayına nisbətən 4,1 faiz, 2020-ci ilin fevral ayı ilə müqayisədə 10,0 faiz, ümumilikdə yanvar-fevral aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz azalıb. Yüklərin 53,5 faizi avtomobil, 34,7 faizi boru kəməri, 8,5 faizi dəmir yolu, 3,0 faizi dəniz, 0,3 faizi isə hava nəqliyyatı ilə daşınıb.

Xəbər 3093 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +