Soyuq otaqlara icra başçısı üçün qoyulan qızdırıcılar - Foto
Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb
Xaricə xəbər ötürən diplomat həbs edilməyib - Vəkil Adəm Məmmədov açıqladı
Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək
Fəhlə betonqarışdıranın içində öldü: “İş düzgün araşdırılmır“ - FOTO+VİDEO
Bu rayonlara Səfəvilər, Əfşar, Qacar adları verilsin - TƏKLİF
Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı


24.01.2023  14:40 

Hər yeni nazirdən niyə möcüzə gözləyirik?





A+  A-

Hər bir çağdaş cəmiyyəti inkişafa aparan yol təhsildən başlayır, təhsillə möhkəmlənir və təhsillə təminata alınır. Bu, belə olmasa idi, Qərb ölkələri, Yaponiya və Cənubi Koreya, Türkiyə vəs. kimi ölkələrdə dövlətin strategiyaları arasında təhsilə bu qədər önəm verilməzdi.

Özünə hörmət edən hər bir dövlətin düşünən beyinləri təhsil proqramı hazırlayır, dövlətin strateji hədəflərindən birini müəyyən edirlər. Lakin Təhsil proqramını hazırlamaq düşündüyümüzdən daha dərin məsələdir. Öncəliklə bir neçə strateji sual qoyulmalı və onlara cavab axtarılmalıdır.

Çağdaş dünyada təhsil nədir - məktəbmi, universitetmi, akademiyamı?

2. Təhsil nə vaxt başlayır - uşaq bağçasındanmı, məktəbdənmi, praktikadanmı?

3. Məktəb nədir - bilik aldığımız yermi, təlim aldığımız yermi, həyata hazırlıq mərhələsimi?

4. Universitetin hansı pilləsində biz ibtidai (baza) biliklərini tamamlaya bilirik? Hamsı mərhələsində uzmanlıq səviyyəsinə keçid alırıq?

5. Elmlə təhsil harada kəsişir? Elm təhsildən asılıdırmı? Təhsil elmdən asılıdırmı?

6. Repititorluq təhsilə zərər vururmu? Və ya məktəbi əvəz edirmi?

7. Çağdaş dövrdə məktəb sistemi qalmalıdırmı, ortadan qalxmalıdırmı?

Bu, suallar silsiləsinin başlanğıc suallarıdır. Hər sual özündə neçə alt sual doğurur.

Biz ölkə olaraq inkişafa qədəm qoymaq istəyiriksə, mütləq bu mövzularda seminarlar, treninqlər təşkil olunmalı, bu yöndə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən beyin mərkəzləri işə başlamalıdırlar. Yoxsa, biz hər dəfə dəyişən Təhsil nazırindən möcüzə gözləsək, hələ çox gözləyərik.

Elm və Təhsil Nazirliyi hazır dövlət proqramı üzrə çalışan bir qurumdur. Nazirin apardığı islahatlar bütünlüklə sistemi dəyişə bilməz. Hansısa qurumum inqlabi dəyişikliklərə imza atması real görünmür. Hətta deyək ki, imza atdı. Bu dəyişikliklər illərdir, üzərində iş aparılan bir layihə deyilsə, beyin mərkəzləri bu istiqamətdə çalışmayıbsa, hər dərədən bir çiçək toplamaqla edilən dəyişiklər nə qədər uğurlu ola bilər?..

Bu gün Beynəlxalq təhsil günüdür. Mən demirəm ki, seçkidə saxtakarlıq edən, az maaşına qane olub rüşvətə qurşanan, öz hüququnu müdafiə edə bilməyən müəllim təhsilə nəsə verəcək. Bunu demirəm. Çünki ortalığa üzərində illərin zəhməti olan böyük bir proqram qoyulsa, bu problemlər də həll olunacaq.

Benəlxalq təhsil günündə bizi inkişafa aparan təhsilli günlər arzusuyla.

İlahə Qurbanlı
Filologiya üzrə fəlsəfə doktoru
AY Partiya Başqanının Elm və təhsil məsələləri üzrə müavini


Xəbər 1152 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +