Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.01.2025  16:19 

Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb





A+  A-

Ermənistanın Baş naziri Nikol Paşinyan regionda sabitliyin təmin edilməsi və Azərbaycanla sülhün əldə edilməsinə dair təkliflərini açıqlayıb

Xəzərnews.az xəbər verir ki, Paşinyan bu barədə teleqram kanalında paylaşım edib.

Onun təkliflərinə aşağıdakılar daxildir:

-eskalasiya yarada biləcək nitqdən qarşılıqlı imtina;

-Qızılhacılı-Aşağı Əskipara hissəsində həyata keçirilən delimitasiya təcrübəsi əsasında delimitasiya prosesini davam etdirilməsi;

-90 faiz hazır olan sülh müqaviləsinin imzalanması;

-“Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi;

-atəşkəs rejiminin pozulması hallarının araşdırılması üzrə birgə mexanizmin tətbiq edilməsi;

-itkin düşmüş şəxslərin taleyinin araşdırılması məsələsinin həlli üzrə intensivliklə çalışmaq;

-qarşılıqlı tələblərdən, o cümlədən beynəlxalq məhkəmələrdəki iddialardan imtina edilməsi;

-sülh müqaviləsinin müddəalarının tam və effektiv həyata keçirilməsi üzərində işləmək;

-silahlara qarşılıqlı nəzarətə dair danışıqlar mexanizminin formalaşdırılması;

-sülhə nail olduqdan sonra birgə ekspert komissiyası yaratmaqla hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək;

-ATƏT-in Minsk Qrupunun buraxılması.

Xəbər 4656 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +