Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol


16.05.2024  15:06 

Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu





A+  A-

İranın Azərbaycana qarşı total mübarizəsində son günlər spesifik aktivlik müşahidə olunur. Konkret səbəb bəlli deyil. Azərbaycanın davranışında, İranla münasibətində yeni bir şey yoxdur. Azərbaycan XİN-nin İsraili müstəqillik günü münasibəti ilə təbriki formallıqdır. İran XİN- də iki ölkə prezidentlərinin sərhəddə birgə açılış edəcəklərini bir neçə dəfə vəd verib, amma alınmayıb. Bəlkə biz də fikirləşək-İran pis niyyətlidir?!

İranın Azərbaycan mövzusunda müəyyən xoflanması aşkar görünür.

- Azərbaycana qarşı alət kimi ermənilər İranın əlindən çıxdı. Bəlkə də bunun nəticəsidir.

- Qlobal təzyiqlərin də nəticəsi ola bilər. İran xalqını ac saxlayaraq silah toplamışdı. Bu silahlar İsrailə hücum zamanı effektsiz oldu. Ola bilər, bunun günahını Azərbaycanda görür.

- ABŞ İrandan raket və dronlarını məhv etməyi tələb edir. Çin, RF və ərəb dövlətləri bu mövqedədirlər. Görünür, İranın anlamında Azərbaycan ABŞ, Çin, Rusiya və ərəb dövlətlərinin siyasətini koordinasiya edən dövlətdir.

- İran Çabahar limanını Hindistana satdı. Bu, Çin və Pakistanın İrana münasibətini sərtləşdirəcək. İran bunun da səbəbkarını Azərbaycan hesab edə bilər.

İranın siyasətində ən böyük ziddiyyətli görüntü Fələstin mövzusundadır. İran İslam Respublikasının qurucusu Seyid Ruhulla Musəvi Xomeyni İran və İslam dünyası üçün Fələstin mövzusunu bir nömrəli elan etdi. İndiki İran rəhbərliyi isə Fələstini məhv etmək kursunu aparır. Qəzza mövzusu bu yolda İran üçün alternativsizdır. HƏMAS ABŞ və İsraillə dialoqa razılaşdı, amma Mahmud Abbas hökuməti ilə dialoqa getmədi. İran Mahmud Abbas hökumətini tanımır. Qəzza və Fələstin ayrı coğrafi və etno-dini- psixoloji proseslərin cövlan etdiyi məkanlardır.

Fələstin dövləti mövcuddur və bu mövcudluq formaldır, adı, atributları var. İqtisadiyyatı, ordusu yoxdur. Fələstinin dövlət büdcəsi orta hesabla 4 milyard dollardır. Dörd milyard dolların yarısını ABŞ, Aİ və İsrail ödəyir. Qalanı Fələstinin daxilində əmələ gələn vəsait və Qətər daxil olmaqla bəzi ərəb dövlətlərinin yardımlarının hesabındadır. Fələstin dövlətinin dirçəlməsi, irəliləməsinin və hərbi faktora çevrilməsnin vacib olduğu halda İranın Qəzza sektorunu gücləndirməsinə milyard dollar xərcləmək tamam ayrı məqsəddir. Bu, ara qarışdırmaqdır. Qəzza heç zaman dövlət ola, bütövlükdə Fələstinə sahiblik edə bilməz. Resursu yoxdur. İran bunu bilir. Sual ortalığa çıxır- İranın Qəzzada müharibəni başlayıb, Qəzza əhalisini qırdırmaqda məqsədi nədir? Sadəcə, B.Netanyahu hakimiyyətdən getsin. Bundan ötrü şəhərlər dağılıb, xaraba qalıb. 37 min adam rəhmətə gedib, təki B.Netanyahu hakimiyyətdən getsin.

İndi İran ABŞ-a yalvarır ki, müharibəni dayandır. İran siyasətçisinin ağlı kəsmir, niyə görə o müharibəni başlamalı idi və indi də ABŞ-a yalvarmalı idi ki, müharibəni dayandır.

İran ancaq ara qarışdırmaqla xırda müsəlman qruplarına zərbə vurmağı bacarır. Bununla da məşğuldur. İraq Kürdüstanına da raket zərbələrini yada salaq.

İranın İsrailə raket- dron tuşlamasından sonra:

- ABŞ Yaxın Şərqdə yenidən güclənir.

- Çin gerilədi, amma maraqlarını gücləndirmək imkanı var.

İranın iştirakı ilə Rusiya Yaxın Şərq proseslərindən uzaqlaşdırıldı. Amma Rusiyanın da qayıdacağı birmənalıdır. Rusiya qarışıq hamı İranı bu dövrdə gördülər və tanıdılar.

İran yaxın gələcəkdə regionun ən sıravi dövlətlərindən birinə çevriləcək. İran sadəcə ərazi və əhalidən ibarət bir qurum olacaq. Heç bir regional və geosiyasi ambisiya ortalığa qoya bilməz.

İran üçün ən böyük problem qabaqdadır. İranın iqtisadiyyatı bu vaxta qədər izolə olunmuş qapalı iqtisadiyyat idi. O yaxınlarda dünya iqtisadiyyatına qoşula biləcək. O zaman İranın iqtisadiyyatı da dözməyəcək.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri



Xəbər 956 dəfə oxunub.




24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +