“AZLOGİSTİK“ MMC-nin 40 min vergi borcu var
Xəstə “Buta” klinikasından 1 milyon təzminat tələb edir
Gələn aydan dəfn pulu da artırlır
76 nəfərin öldüyü hotelin sahibi SAXLANILDI
İki general, bir polkovnik saxlanıldı
Ruslar Nikolayev şəhərini vurdu
Seymur Səfərov yenidən həbs edilib
DİN əhaliyə MÜRACİƏT ETDİ
Cərimələr niyə 13 dəfə artırıldı?
İnsanlardan pul tələb edən kanal rəhbəri SAXLANILDI


21.01.2025  17:51 

Bu qurumda 400-ə yaxın əməkdaş işdən çıxarılıb?





A+  A-

Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv olunduğu üçün 400-ə yaxın əməkdaş işdən azad edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə “Oxu.az”a işdən azad olunan əməkdaşlardan biri məlumat verib.

O bildirib ki, analıq məzuniyyətində olan, həmçinin şəhid ailəsinin üzvü olan əməkdaşlar da qurumdan çıxarılandan sonra işlə təmin edilməyiblər:

“Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi 1978-ci ildə yaradılıb, 2022-ci ilə qədər öz axarında işini davam etdirirdi. İdarə daha sonra Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birləşdirildi. İdarənin adı da Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi oldu. Lakin idarə 2024-cü ilin avqust ayında ləğv edildi. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi onun tərkibindən ayrıldı, Hidrogeoloji-Meliorativ Xidmət isə tək qaldı.

Su Ehtiyatları Agentliyi yaradıldıqda onun nəzdində Su Meliorasiya qurumu və Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi fəaliyyət göstərirdi. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi isə Su Meliorasiya qurumunun daxilində idi, çünki biz də yeraltı sulara nəzarət edirdik. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi baş idarə olduqdan sonra 2024-cü ilin dekabrın 29-da Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv edildi. O, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsinin tabeliyinə verildi. Təhvil-təslim işləri görüldü. İşçilərin isə işinə xitam verildi. İndi isə SEDAM MMC adlı yeni idarə yaradılıb”.

“İşçilərin hamısı Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilib. Sanki bina söküldü, hamı çöldə qaldı. 400-ə yaxın əməkdaş işdən azad edilib. Bizə öncədən gələn xəbərdarlıqdan iki gün sonra “idarənin ləğvi ilə işinizə xitam verildi" məzmunlu sənəd gəldi, hamıya da ona imza çəkdirilib. Əksəriyyətin məzuniyyət və kompensasiya pulu ödənilib. Lakin 40-a yaxın işçinin kompensasiya pulu ödənilməyib. Biz də belə güman edirik ki, kompensasiyası ödənilən işçilər yenidən işə çağırılmayacaqlar, ödənilməyənlər isə işə çağırılacaqlar. Bütün hər şey sənədləşmiş formada olduğu üçün heç kim də haqqını tələb edə bilmir. İdarəni niyə ləğv etmişik, bilmirik”, - deyə işçi bildirib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, işçilərin bir qisminin agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulur:

“Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli Fərmanına əsasən, “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi yaradılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ və “Regional Su Meliorasiya Xidməti” PHŞ-nin strukturu və ştat cədvəli təsdiq edilib.

Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşıyır.

İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşdırılır, bəzi şöbələr ləğv edilib birləşdirilir ki, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir”.

Qanunvericiliyin tələblərinə əsasən, bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunur, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onlar müsabiqə əsasında yenidən işə qəbul olunurlar. İşçilərin bir qisminin agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulur”.

Qeyd olunub ki, daha öncə Qarabağ Regional Təhsil İdarəsində 53 əməkdaş (metodist), Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaş (metodist), Azərbaycan İdman Akademiyasında da xeyli sayda əməkdaş vəzifəsindən azad edilib.



Xəbər 938 dəfə oxunub.



22.01.2025  10:59 

Ruslar Nikolayev şəhərini vurdu

22.01.2025  10:20 

DİN əhaliyə MÜRACİƏT ETDİ

22.01.2025  09:59 

Didərgin ömür...

22.01.2025  09:00 

Sürücülərin nəzərinə!

22.01.2025  01:36 

Türkiyədə güclü zəlzələ oldu

21.01.2025  20:05 

Türkiyədə matəm elan olundu

21.01.2025  18:08 

Meloni yenə diqqət çəkdi


BÜTÜN XƏBƏRLƏR +