“Son vaxtlar Aİ ilə müsbətə doğru addımlar atılır” - Prezident
İlham Əliyev İtaliya prezidenti ilə görüşdü
Külək güclənəcək... - Narıncı xəbərdarlıq
Polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Sərəncam
Bəhruz Əhmədova “ədliyyə general-mayoru“ rütbəsi verildi
Amerika tərəfi ilə müzakirə olunur - Zelenski
Azərbaycanla bağlı dezinformasiya yayan türk saxlanıldı
Gəldi dedi ki, ailəmi sənə tapşırıram - Tahir İmanov
Azərbaycanlı iş adamı 250 milyonluq dələduzluqda ittiham olunur
Oktyabrın ilk günü: Yağış yağacaq


22.01.2025  11:15 

Gələn aydan dəfn pulu da artırlır





A+  A-

“Fevral ayında minimum pensiya məbləği artırılaraq 280 manatdan 320 manatadək çatdırılacaq. Aşağı pensiyalarda 14.3 faizlik artım orta pensiya məbləği ilə yanaşı dəfn üçün müavinətin məbləğinə də təsir göstərəcək”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edib.

V.Bayramov bildirib ki, dəfn üçün müavinət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslərə də ödənilir:

“Mövcud qanunvericiliyə əsasən sığortaolunan şəxs vəfat etdikdə - 500 manat, əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir. Bu o deməkdir ki, əmək pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat X 3) manatdan 960 (320 manat X 3) manata yüksələcək. Bütövlükdə, hər iki istiqamətdə dəfn üçün müavinətin daha da artırılması müzakirə edilən məsələlərdəndir. Fiskal gəlirlərə uyğun olaraq bu istiqamətdə artımlar həyata keçirilir”.

Xəbər 3928 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.09.2025  12:13 

Milli Məclis bəyanat qəbul edib

30.09.2025  10:29 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +