Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...


20.11.2025  13:52 

Zal Yusifovun oğlu yenidən həbs edildi





A+  A-

"Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov yenidən həbs edilib.

XəzərNews.az xəbər verir ki, keçmiş bankir oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur.

Polisin apardığı istintaqla İ.Yusifovla əlbir olan İlham Abbasov da cinayət məsuliyyətinə cəlb edilib. Amma o həbs edilməyib. İ.Yusifov və İ.Abbasovun ikisinə də xüsusilə külli miqdarda dələduzluq ittihamı verilib.

Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onları 14 ilə kimi həbs gözləyir. Bu, İslamın ikinci eyni tipli ağır cinayəti olduğundan ağırlaşdırıcı hal hesab olunur.

Qeyd edək ki, "Texnikabank” ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində, oğlu İslam isə eyni iş üzrə dələduzluq epizodunda iştirakçı kimi təqsirli biliniblər. Zal Yusifov həmin vaxt 15 il, oğlu İslam Yusifov isə 8 il azadlıqdan məhrum ediliblər. Onların milyonlarla manatlıq əmlakı müsadirə edilib. 5 il sonra İslam Yusifov, illər sonra isə atası Zal Yusifov azadlığa buraxılıb.

İslam Yusifov əvvəllər müğənni Xatirə İslamla yaxınlığı ilə də gündəmə gəlib. Onun bir müddət müğənniyə sponsorluq etdiyi bildirilib. O, 2010-cu ildə məhkum edildikdən sonra mənimsədiyi pulların 2 milyon manatını Xatirəyə xərclədiyini, ona 2 ev aldığını deyib./Qafqazinfo.az

Xəbər 1141 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +