Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...


20.11.2025  11:34 

Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi





A+  A-

Azərbaycanda dövlət qeydiyyat nişanlarının dizaynı və texniki tələblərinə dair dəyişikliklər qüvvəyə minib.

XəzərNews.az xəbər verir ki, yeni qanunla avtomobil nömrələrində tətbiq olunan “mikroçip” elektron elementi və rəqəm-hərf kombinasiyalarında yer alan “defis” işarəsi tamamilə ləğv edilib.

Dəyişikliklər sürücülər üçün əlavə məsuliyyət yaratmır. Qanuna əsasən, bu elementlərin olmaması səbəbilə sürücülər inzibati məsuliyyətə cəlb olunmayacaq.

Yeni qaydalar nömrə nişanlarının daha sadə, vahid və standartlaşdırılmış formada hazırlanmasını nəzərdə tutur. Bu isə həm istehsal prosesinin, həm də vizual standartların vahidləşdirilməsinə xidmət edəcək.

Hazırda ölkədə yeni tələblərə uyğun dövlət qeydiyyat nişanlarının istehsalına keçildiyi bildirilir.

Xəbər 1197 dəfə oxunub.



21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +