Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


16.09.2021  15:48 

Ermənistan prezidenti Fransaya getdi





A+  A-

Ermənistan prezidenti Armen Sarkisyan beynəlxalq sammitdə iştirak etmək üçün Fransaya gedib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus səbəbiylə bir ildən çox fasilədən sonra dünyanın hər yerindən məşhur siyasi, iqtisadi, elm, mədəniyyət və iş adamları Fransanın Şamoni şəhərində bir araya gələcək.

Armen Sarkisyan, əsas məruzəçi olaraq, sammitin üç fərqli müzakirəsində iştirak edəcək.

Sammitdə əsas müzakirə mövzuları makroiqtisadiyyat, geosiyasət, ətraf mühit, texnologiyalar, investisiyalar olacaq.

Sammit çərçivəsində Armen Sarkisyan investisiya imkanlarını müzakirə etmək üçün İsveçrə şirkətləri daxil olmaqla bir sıra iri kompaniyaların rəhbərləri ilə Ermənistandakı iş mühiti ilə bağlı görüşlər keçirəcək. Bu görüşlər Ermənistanın potensialını təqdim etmək, yeni əməkdaşlıq sahələrini inkişaf etdirmək və işgüzar əlaqələr qurmaq üçün unikal bir fürsət hesab olunur.

Xəbər 3750 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +