29.10.2025 15:57
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
“Ramiz Mehdiyevin kürəkəni mənim Əli Həsənovu tərif edən terminimi təhrif edərək, sabiq deputat Əsabil Qasımovu öz ailələrinin “ayaqqabı cütləyən”i adlandırıb. Deyib ki, "O, bizim qapımızın ağzında günlərlə əsgər kimi dayanan, ayaqqabımızı cütləyən adam olub”.
XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist Heydər Oğuz çıxış edib.
“Təbii ki, mən buna görə Mehdiyevlər ailəsindən patent istəməyəcəyəm. Əksinə, sevinirəm ki, Mehdiyevlər ailəsi məni oxuyur və istifadə etdiyim terminləri bəyənib yarlıq kimi öz tərəfdarlarının alnına yapışdırır. Amma onlardan bir gözləntim var. Lütfən, terminimi təhrif etməsinlər. Zira bu terminin orijinalı “ayaqqabı cütləyən” yox, “başmaq cütləyən”dir.
Əvvəla, heç də düşünməsinlər ki, "başmaq" ruscadır və onlar bu sözü Azərbaycan dilinə çeviriblər. "Başmaq" əsl türk sözüdür və "basmaq", yəni "qədəm qoymaq" feilindən törəyib.
İkincisi, başmaq cəmi iki hecadan ibarətdir və 4 hecalı ayaqqabı sözündən daha rahat tələffüz edilir. Dil rahatlığı sevdiyi üçün ikihecalı sözlər dilə daha yatımlı olur.
Üçüncüsü və ən önəmlisi, başmaq heç də onların düşündüyü kimi ayaqqabının sinonimi də deyil. Ayaqqabı ayağın daban hissəsini də əhatə edən örtük qatına malik geyimdir. Başmağın isə arxası olmur, adətən tualet və hamam kimi təmizlik məqsədli yerlərdə geyinilir. Ayaqqabı isə, təbii ki, rəsmi görüşlərə, qonaq-qara qabağına çıxanda geyinilən geyimdir. Yəni şərəf və ləyaqət baxımından ayaqqabı cütləməklə başmaq cütləmək arasında atla eşşək arasındakı qədər fərq var. Başmaq cütləyənləri şərəfə mindirmək Vətənə xəyanət qədər olmasa da, hər halda böyük günahdır. Günahınıza yenisini əlavə etməyin. Kim bilir, bəlkə Allah sizi Vətənə xəyanət etdiyinizə görə bağışlayar, amma başmaq cütləyəni şərəfə mindirdiyinizə görə əsla əfv etməz.
Amma “başmaq” əvəzinə “qaloş” deyə bilərsiniz” - deyə Heydər Oğuz əlavə edib.
Xəbər 399 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|