Bank sektorunda yüksəliş: 56 milyardı keçdi...
Bu ölkələr dost olmalıdır -Szinpin
Baş həkim təyin edildi
Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü - FOTO
ABŞ-də iki azərbaycanlıya 25 il həbs cəzası
Rusiya Rövşən Əsgərovu cərimələyib -FOTO
Ermənistan Azərbaycanın təsiri altında qala bilər -Ambartsumyan
Ramiz Mehdiyev fəxri adlardan məhrum edilib -FOTO
Toy kortejində atəş açanlar azərbaycanlılar olub: Saxlanıldılar
Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir


29.10.2025  13:02 

Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş





A+  A-

Xəbər verdiyimiz kimi, Astara rayonunda 17 yaşlı Əfsanə Maqsud qızı İmanova həyatını itirib. Onun toy mərasimindən sonra səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, qızın həyatını xilas etmək mümkün olmayıb.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əfsanə uzun müddət oğlan evində yaşasa da, toy ötən gün baş tutub.

Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov Bizim.Media-ya açıqlamasında bildirib ki, toyu olan hər iki gənc Dolu kənd sakinləri olub: “Onlar qeydiyyatda Astarada olsalar da, ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayır və işləyirmişlər. Qız 7 aylıq hamilə imiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy təşkil ediblər.

Toy oktyabrın 28-i saat 13:00-da başlayıb, lakin bir saat sonra qızın vəziyyəti qəfil pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, saat 15:00 radələrində qızın özü də dünyasını dəyişib”.

Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər 509 dəfə oxunub.



30.10.2025  11:05 

Baş həkim təyin edildi

30.10.2025  09:54 

Faktiki hava açıqlandı

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ


BÜTÜN XƏBƏRLƏR +