Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


11.09.2020  14:18 

Metro ilə yanaşı ekspres xətlər də işləyəcək





A+  A-

“Bakı Metropolitenində sərnişindaşımaları bərpa olunsa da, mövcud epidemioloji vəziyyət və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək”.
XəzərNews.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ekspres xətlər üzrə avtobuslar əvvəlcədən müəyyən olunan qaydada sərnişinlərimizin xidmətində olacaq. Bu xətlər üzrə avtobusların sayı isə sərnişin tələbatına uyğun olaraq tənzimlənəcək.

“Ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcək. Bu zaman vətəndaşlardan daxil olan müraciətlər də mütləq qaydada nəzər alınacaq.

Məlumat üçün bildiririk ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 12-i saat 00:00-dan sentyabrın 14-ü saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq”, - deyə BNA-nın açıqlamasında qeyd olunub.

Xəbər 3593 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +