Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


20.02.2018  13:57 

Rövnəq Abdullayev Türkiyədə media qurumu alır





A+  A-

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Türkiyədə də media qurumu almaq niyyətindədir.
XəzərNews.az bildirir ki, Modern.az-a Türkiyədəki media qurumlarından daxil olan məlumata görə, SOCAR rəhbəri niyyətini gerçəkləşdirmək üçün araşdırmalar aparılması barədə tapşırıq verib.

Xatırladaq ki, SOCAR 2006-cı ildə Türkiyə bazarına daxil olaraq, özünün törəmə şirkəti olan “SOCAR Turkey Enerji”ni yaradıb.

Şirkətin Türkiyə iqtisadiyyatına sərmayə portfeli 19,5 mlrd.dollar həcmində qiymətləndilir. “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Zaur Qəhrəmanov Türkiyənin "Capital" nəşrinə müsahibəsində deyib ki, vəsait 2021-ci ilə qədər yatırılacaq. İndiyədək SOCAR-ın Türkiyə iqtisadiyyatına sərmayələri 12,6 mlrd.dollar təşkil edib. Vəsaitin qalan həcmi 2018, 2019 və 2020-ci illərdə yatırılacaq. O vurğulayıb ki, dünyanın 13 ölkəsində fəaliyyət göstərən SOCAR-ın xarici sərmayələrinin ən çox həcmi Türkiyənin payına düşüb.

Bildirilir ki, məhz bunları nəzərə alan SOCAR prezidenti şirkətin fəaliyyətinin daha geniş miqyasda işıqlandırılması üçün qonşu ölkədə media qurumu alacaq.

Sayt məsələni dəqiqləşdirmək üçün SOCAR-a müraciət edib. Qurumun cavabı isə qısa və konkret olub:

“Belə bir niyyətimiz yoxdur”.

Amma SOCAR-ın belə niyyətinin olub-olmadığını zaman göstərəcək...

Xəbər 2792 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +